Bakı ilə İrəvan arasında yeni müharibə mümkündürmü? – Gürcü professordan AÇIQLAMA

Bakı ilə İrəvan arasında yeni müharibə mümkündürmü? – Gürcü professordan AÇIQLAMA

Hazırda oxunan: Bakı ilə İrəvan arasında yeni müharibə mümkündürmü? – Gürcü professordan AÇIQLAMA

48131

“Hazırkı məqamda  Ermənistan elə bir vəziyyətdədir ki, sadəcə olaraq ikinci müharibəyə dözə bilməz”.

Bizim.Media xəbər verir ki, bu fikirləri Suxumi Dövlət Universitetinin professoru, tarix elmləri doktoru Ömər Ardaşeliya caliber.az saytına müsahibəsi zamanı “Bakı ilə İrəvan arasında yeni müharibə mümkündürmü?” sualını cavablandırarkən deyib.

“Mənə deyin, Ermənistan niyə döyüşməlidir? “Böyük Ermənistan” üçün? Hamı gördü ki, bu mif dağılıb. Ermənistan ayıq şəkildə öz imkanlarını qiymətləndirməli, döyüşməməli, yaratmağa üstünlük verməlidir. Hesab edirəm ki, Ermənistan tərəfi münaqişənin genişlənməsinə razı olmayacaq, çünki bu, onu fəlakətə aparar. Bəli, lokal toqquşmalar baş verəcək, lakin geniş miqyaslı olmayacaq”, - deyə o, əlavə edib.

“Noyabrın 16-da Ermənistanla Azərbaycan arasında növbəti toqquşma oldu. Sizcə hadisələr bundan sonra necə inkişaf edəcək?” sualına isə Ömər Ardaşeliya belə cavab verib:

“Ermənistan hakimiyyəti öz vətəndaşlarının gözündə ucalmağa, əlinin möhkəmliyini nümayiş etdirməyə çalışır. Sərhəd məsələsi elədir ki, hər iki tərəfdə fikir ayrılığı yaradacaq, ona görə də ortaq razılığa gəlmək üçün vaxt lazımdır. Qafqaz regionunda sabitliyi təmin etmək üçün tərəflər tam konsensusa gəlməlidir”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO