İran İslam Respublikasına rəsmi səfəri çərçivəsində Azərbaycan Xarici İşlər naziri Ceyhun Bayramovun İran İslam Respublikasının Milli Təhlükəsizlik üzrə Ali Şurasının katibi Əli Şamxani ilə görüşü keçirilib.
Azərbaycan Xarici İşlər Nazirliyindən Bizim.Media-ya verilən məlumata görə, görüş zamanı Ali Milli Təhlükəsizlik Şurasının katibi Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında sülhün bərqərar olmasından və işğal olunmuş ərazilərin aid olduğu əraziyə qaytarılmasından məmnun olduğunu bildirib və Azərbaycan Respublikası hökumətinə və xalqına tərrəqi və inkişaf yolunda uğurlar arzulayıb.
Əli Şamxani, İran və Azərbaycan arasında münasibətlərin inkişafından bəhs edərək, birgə layihələrin başa çatdırılması və müxtəlif sahələrdə yeni əməkdaşlıqlara başlanmasının ciddi səylər tələb etdiyini bildirib.
Nazir Ceyhun Bayramov İran İslam Respublikasının Azərbaycanın haqq mövqeyinə dəstəyini və bu xüsusda nümayiş etdirdiyi prinsipial siyasəti məmnunluqla qeyd edib.
O, iki ölkə liderlərinin ikitərəfli münasibətləri və əməkdaşlığı inkişaf etdirmək və gücləndirmək istiqamətindəki iradəsinə toxunaraq, Azərbaycanın müxtəlif sahələrdə əlaqələri inkişaf etdirməyə hazır olduğunu bildirib.
Tərəflər, həmçinin qarşılıqlı maraq doğuran digər regional məsələlər üzrə fikir mübadiləsi aparıblar.
Bizim.Media
- A-
- A
- A+
Siyasət
23:48 / 09.12.2020
Azərbaycan XİN başçısı Əli Şamxani ilə görüşüb
Hazırda oxunan: Azərbaycan XİN başçısı Əli Şamxani ilə görüşüb
Hazırda oxunan: Azərbaycan XİN başçısı Əli Şamxani ilə görüşüb
4802
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.