İranda rəsmi səfərdə olan Ceyhun Bayramov daha bir görüş keçirdi - FOTO

İranda rəsmi səfərdə olan Ceyhun Bayramov daha bir görüş keçirdi - FOTO

Hazırda oxunan: İranda rəsmi səfərdə olan Ceyhun Bayramov daha bir görüş keçirdi - FOTO

4794

İran İslam Respublikasına rəsmi səfəri çərçivəsində xarici işlər naziri Ceyhun Bayramovun İran İslam Respublikasının İslam Şurası Məclisinin sədri Məhəmməd Bağer Qalibaf ilə görüşü baş tutub.

Bizim.Media Azərbaycanın Xarici İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən bildirir ki, İslam Şurası Məclisinin sədri Azərbaycan ərazilərinin azad edilməsini sülh və davamlı təhlükəsizliyin həyata keçirilməsi istiqamətində vacib addım adlandırıb.

O, İran və Azərbaycan arasında hərtərəfli əməkdaşlıq səviyyəsinin artırılmasının əhəmiyyətini qeyd edərək, bunun üçün mövcud müxtəlif potensiallardan istifadə olunmasını vurğulayıb.

İslam Şurası Məclisinin sədri Məhəmməd Bağer Qalibaf Azərbaycan Respublikası və İran İslam Respublikası arasında iqtisadi, mədəni və digər əməkdaşlıq səviyyələrinin, habelə sərhədlərarası əməkdaşlığın artırılmasından bəhs edib.

Nazir Ceyhun Bayramov İranın nüvə aliminin terror nəticəsində qətlə yetirilməsi ilə bağlı başsağlığı bildirib. O, Azərbaycanın terrorçuluğun bütün forma və təzahürlərini pislədiyini qeyd edib və bu terror aktının qəbuledilməz olduğunu bildirib.

Nazir Azərbaycanın 44 gün davam edən Vətən Müharibəsindən bəhs edərək, İran İslam Respublikasının yüksək səviyyəli nümayəndələrinin, o cümlədən İran İslam İnqilabı Ali Rəhbərinin, Prezidentin, eləcə də deputatların dəstək mövqelərini məmnunluqla vurğulayıb.

Tərəflər, həmçinin qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə ediblər.

Bizim.Media


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO