Bu gün Soçidə 3 ölkə liderlərinin görüşü olacaq – HANSI SƏNƏDƏ İMZA ATILACAQ?

Bu gün Soçidə 3 ölkə liderlərinin görüşü olacaq – HANSI SƏNƏDƏ İMZA ATILACAQ?

Hazırda oxunan: Bu gün Soçidə 3 ölkə liderlərinin görüşü olacaq – HANSI SƏNƏDƏ İMZA ATILACAQ?

47736

Bu gün Soçidə Azərbaycan Prezidenti İlham Əliyev, Rusiya Prezidenti Vladimir Putin və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında görüş baş tutacaq.

Bizim.Media xəbər verir ki, görüşdə sabitliyin güclənməsi istiqamətində atılacaq addımlar və Qarabağda dinc həyatın bərqərar olmasına dair məsələlər müzakirə ediləcək.

Nikol Paşinyan isə son açıqlamasında bildirib ki, Soçidə delimitasiya və demarkasiya komissiyalarının yaradılması ilə bağlı sənədə imza atılacaq. Ancaq bu fikirlər rəsmi Bakı və Moskva tərəfindən təsdiqlənməyib.

Kreml rəsmiləri qeyd ediblər ki, Putin, həmçinin İlham Əliyev və Paşinyanla ayrı-ayrılıqda söhbət edəcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO