İran Azərbaycana qarşı təxribat xarakterli hərəkətlərinə davam edir. Belə ki, farslar bu il Azərbaycanda Nizami ilinin elan olunmasına cavab olaraq, guya İran sivilizasiyasının beşiyi sayılan Şuşa şəhərinin adına Tehran şəhərində küçə adı veriblər. Ancaq burada İran daha böyük təxribata əl atıb. Küçəyə Şuşa deyil də ermənilərin adlandırdığı kimi Şuşi adını veriblər. Bununla da farslar ermənilərə dəstəklərini nümayiş etdiriblər. Bununla da yetinməyərək onlar müxtəlif Azərbaycan şəhər adları ilə digər küçələri də adlandırıblar.
İran bununla guya əslində Fars şairi olan Nizaminin, azərbaycanlı adlandıranlara cavab verib.
Badıkubə, Gəncə, Səlyan, Lənkəran və Aran da bu adlar içərisindədir. Lakin məsələdə olan maraqlı nüans isə bunların arasında Nardaran kəndinin adının olmasıdır. Farslar buranı da İran mədəniyyətinin irsi kimi qeyd edərək, insanlara tanıtmaq istəyiblər.
Bundan başqa İran tərəfinin iddiasına görə, Nizaminin yaşadığı dövrlərdə ümumiyyətlə Azərbaycan adlı bir dövlət mövcud olmayıb.
Məsələ ilə bağlı Bizim.Media-ya danışan millət vəkili Razi Nurullayev bildirib ki, İranın Azərbaycana qarşı bu təxribatları, bu şəkildə davranması qəbuledilməzdir.
“Birincisi bu coğrafiyada ta qədimdən Azərbaycan dövləti olub və iki ölkənin dövlətçiliyi bərabər olub. Səfəvilər zamanında burada böyük Azərbaycan dövləti mövcud olub”.
Deputat İranın Nizaminin fars şairi adlandırdıqları barədə olan iddialara da cavab verib. O, bildirib ki, bunu yaradan bir neçə amil var idi.
“O vaxtlar Nizami və digər azərbaycanlı yazıçılar, əsərlərini fars dilində yazırdılar. Çünki poeziya dili fars dili sayıldığı üçün çox şair bu dildə yazıb yaradırdı. Amma bu o demək deyil ki, o dildə yazan şairlər fars millətinin nümayəndəsinə çevrilir. Ona görə, bu cür çəkişmə iki dövlət arasında olan münasibətlərə xələl gətirə bilər”.
Millət vəkili düşünür ki, Nizami ilinin ən fəal iştirakçısı elə məhz İran İslam Respublikasının özü olmalıdır.
“Azərbaycanda Nizami ilə bağlı müxtəlif tədbirlər həyata keçirilir. Əksinə, bu tədbirlərdə İran daha yaxşı iştirak etməlidir. Onlar sonunda həqiqəti qəbul etməlidirlər. Çünki bu cür dartışmaların siyasi gərginlikləri xalqa ziyan gətirə bilər. Ona görə, bu iddialar ortadan qalxmalıdır. Azərbaycan heç vaxt İranın maraqlarına zidd olan addımlar atmır. Onlardan da bu hərəkəti gözləyirik”.
Sonda Razi Nurullayev tövsiyyə edib ki, İranda nə qədər Azərbaycan Türkünün yaşamasını farslar heç vaxt unutmamalıdırlar. Onun sözlərinə görə, İran ərazilərinin çoxunun kimə məxsus olduğunu yaxşı öyrənməlidirlər.
“Ümumiyyətlə, İran ərazisində olan torpaqların çoxu Azərbaycanla bağlıdır. Bizim İrana təsir imkanlarımız, onların Azərbaycana təsir imkanlarından daha çoxdur. Əgər İran bu cür addımlar atmağa davam edəcəksə, təbii ki, Azərbaycan buna susqun qalmayacaq”.
Vüsalə Balayeva, Bizim.Media
- A-
- A
- A+
Siyasət
09:15 / 26.11.2021
İrandan SEPARATÇI ADDIM: Tehranda küçələrə Şuşi və Nardaran adını verməkdə məqsəd nədir? - TƏFƏRRÜAT
Hazırda oxunan: İrandan SEPARATÇI ADDIM: Tehranda küçələrə Şuşi və Nardaran adını verməkdə məqsəd nədir? - TƏFƏRRÜAT
Hazırda oxunan: İrandan SEPARATÇI ADDIM: Tehranda küçələrə Şuşi və Nardaran adını verməkdə məqsəd nədir? - TƏFƏRRÜAT
47682
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.