İlham Əliyevlə Paşinyan Brüsseldə görüşəcəklər - RƏSMİ

İlham Əliyevlə Paşinyan Brüsseldə görüşəcəklər - RƏSMİ

Hazırda oxunan: İlham Əliyevlə Paşinyan Brüsseldə görüşəcəklər - RƏSMİ

46828

Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel regiondakı vəziyyəti və dekabrın 15-də Brüsseldə keçiriləcək "Şərq Tərəfdaşlığı" Sammitinə hazırlığı müzakirə etmək üçün Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyanla telefon əlaqəsi saxlayıb.

Bizim.Media xəbər verir ki, bununla bağlı Aİ rəsmi açıqlama yayıb.
 

Açıqlamada qeyd edilib ki, Aİ Şurasının Prezidenti Şarl Mişel Sammit çərçivəsində Prezident İlham Əliyev və Baş nazir Nikol Paşinyanın Brüsseldə görüşünə ev sahibliyi etməyi təklif edib.


İlham Əliyev və Nikol Paşinyan Aİ Prezidentinin təklifini qəbul ediblər. 

Ermənistan və Azərbaycan liderləri həmçinin insidentlərin qarşısının alınması mexanizmi kimi müvafiq müdafiə nazirləri səviyyəsində birbaşa rabitə xəttinin yaradılması barədə razılığa gəliblər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO