Müdafiə Nazirliyindən YENİ MƏLUMAT: Ermənistan Tovuzu növbəti dəfə atəşə tutdu

Müdafiə Nazirliyindən YENİ MƏLUMAT: Ermənistan Tovuzu növbəti dəfə atəşə tutdu

Hazırda oxunan: Müdafiə Nazirliyindən YENİ MƏLUMAT: Ermənistan Tovuzu növbəti dəfə atəşə tutdu

46621

Ermənistan silahlı qüvvələri Tovuz rayonu istiqamətindəki mövqelərimizi növbəti dəfə atəşə tutub.

Bizim.Media xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Ermənistan silahlı qüvvələrinin bölmələri noyabrın 18-si saat 14:10-dan etibarən Şəmşəddin rayonunun Çinarlı kəndi istiqamətində yerləşən mövqelərindən Tovuz rayonunun Koxanəbi kəndi istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqelərini heç bir səbəb olmadan növbəti dəfə atıcı silahlardan intensiv atəşə tutublar.

Cavab atəşi ilə qarşı tərəf susdurulub.

Azərbaycan Ordusunun şəxsi heyəti arasında itki yoxdur.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO