Paşinyan haqqında Ziyafət Əsgərovdan üç vacib AÇIQLAMA

Paşinyan haqqında Ziyafət Əsgərovdan üç vacib AÇIQLAMA

Hazırda oxunan: Paşinyan haqqında Ziyafət Əsgərovdan üç vacib AÇIQLAMA

46565

Noyabrın 16-da Ermənistan silahlı qüvvələrinin bölmələri dövlət sərhədinin Kəlbəcər və Laçın rayonları istiqamətində ölkəmizə qarşı genişmiqyaslı təxribata əl atması, bölgədə vəziyyəti bir daha gərginləşdirdi və dünyanın diqqətni bir daha özünə cəlb etdi. Hadisələrin əsas təhrikedicisi olan Ermənistan hakimiyyəti isə bir tərəfdən sülh müqaviləsinin imzalanmasının tərəfdarı olduğunu deyir, digər tərəfdən isə bölgədə yenidən revanşist qüvvələri müharibəyə səsləyir. 

Son hadislərə millət vəkili Ziyafət Əsgərov ilə aydınlıq gətirməyə çalışdıq.

Deputat Bizim.Media-ya özəl açıqlamasında bildirib ki, Ermənistan hakimiyyətinin bölgədə bu cür ikiüzlü hərəkətləri birinci dəfə deyil: 
 

MÖVZU İLƏ BAĞLI:

“Ruslar 60 nəfər təxribatçını xahiş-minnətlə bizdən aldılar” – Politoloqdan ÖZƏL 


“Bu təxribatlar hər zaman olub, müharibədən əvvəl də var idi. Tovuzda, Goranboyda, bir az da əvvələ getsək 2016-ci il Aprel hadisələri zamanı da yaşanmışdı. Bu gün Paşinyan elə bir acınacaqlı duruma düşüb ki, daxildə olan vəziyyəti stabilləşdirmək üçün ona nəsə kiçicik bir müvəffəqiyyət lazımdır. O, bu dəqiqə bu cür hərəkətləri ilə xalqa Azərbaycana yenilmədiyini, müharibənin davam etdiyini göstərmək istəyir. Bu təxribatlarla o, daxili auditoriyanın qəzəbini sərhədə gətirmək fikrindədir”.

Millət vəkili həmçinin bildirib ki, bu təxribatların daha bir neçə səbəbi var. Onun sözlərinə görə, münaqişənin həll olunmasını istəməyən xarici qüvvələr yetərincədir. 

“Bir müddət əvvəl Azərbaycan, Ermənistan və Rusiya baş nazirlərinin müavinlərinin görüşləri keçirildi və delimitasiya və demarkasiya məsələləri artıq razılaşma da əldə edildi. Lakin bəzi qüvvələr bunun həyata keçirilməsinə imkan vermədi. Delimitasiya, demarkasiya, sülh müqaviləsinin imzalanması və digər məsələlər ikinci plana keçməsi həm Paşinyanın, həm də ona dəstək verən xarici qüvvələrin marağındadır”.

Söhbət əsnasında Ziyafət Əsgərov sərhəddə yaşanan təxribatların digər səbəbinin isə bu günlərdə Türk Dövlətləri Təşkilatının yaranmasının da səbəb ola biləcəyini deyib: 

“Türk dilli dövlətlətin birləşib bu birliyin yaratması bəzi xarici qüvvələri qıcıqlandırdı. Onlar bu birliyinin yaranmasına qlsqanclıqla yanaşırlar. Bu təxribatlarda birbaşa bu amilin də rolu var. Ancaq Ermənistan bir şeyi unutmamalıdır, məğlub olduqdan sonra yenidən baş qaldırmağa cəhd etsələr, “dəmir yumruq” ikinci dəfə də başlarını əzəcək. Bu hadisələrin bir məqsədi var imzalanacaq sülh müqaviləsini əngəlləmək. Bu hərbi avantüradır. Bu təxribatların da cavabdehliyi birbaşa Ermənistan siyasi hərbi rəhbərliyinin üzərindədir. Mən düşünürəm ki, indiyə qədər olduğu kimi, bundan sonra da Ermənistan Bakının tələblərini yerinə yetirmək zorundadır və başqa çıxış yolu yoxdur”.

Qeyd edək ki, noyabrın 16-da Ermənistanın hərbi birləşmələri dövlət sərhədinin Kəlbəcər və Laçın rayonları istiqamətində ölkəmizə qarşı genişmiqyaslı təxribata əl atıb.


Nəticədə Azərbaycan ordusunun 7 hərbi qulluqçusu şəhid olub və 10 nəfər yaralanıb.

Vüsalə Balayeva, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO