İran TIR-larının Gorus-Qafan yolundakı böhranı Tehranın səsini kəsəcəkmi? Çünki sürücülər alternativ olan Tatev-Ağvan yolundakı şəraitdən şikayətçidirlər, qış gəldikcə isə vəziyyət daha da ağırlaşacaq.
Bizim.Media mövzu ilə bağlı sabiq dövlət müşaviri Qabil Hüseynlidən münasibət alıb.
MÖVZU İLƏ BAĞLI:
İranın Azərbaycandakı “molla şəbəkəsi” - Onlar KİMDİR?
Cavabının əvvəlində məsələ ilə əlaqədar Rusiyanın "Sputnik" agentliyinin hazırladığı videolentə baxdığını deyən politoloq sözügedən yoldakı bütün qüsurları göz qabağında olduğunu bildirib.
Yəni yol elə vəziyyətdəydi ki, jurnalistlər "Niva" ilə belə çətinliklə hərəkət edirdi. Bu hələ minik maşınlarının üzləşdiyi çətinlikdir.
Yükdaşıyan avtomobillərin həmin yolda hərəkəti isə mümkünsüzdür. Bu yolun Gorus-Qafan yoluna alternativliyi şübhəlidir:
"İranın üzünü Gorus-Qafan yoluna çevirməkdən başqa yolu yoxdur. Bu zaman isə Azərbaycanla müəyyən kompromislərə getmək məcburiyyətində qalacaq. Çünki hətta ermənilər həmin yoldan istifadə müqabilində Azərbaycana rüsum ödəyirlər. Məsələ bu rüsumun az və ya çox olmasından gedir. Çünki həm Ermənistan, həm də Azərbaycan ərazisindən keçən yola rüsum ödəməklə İran şirkətləri gəlirlərinin bir hissəsini itirmiş olur. Zənnimcə, İran bu məsələdə Azərbaycanla danışıqlara gedib, rüsumlarda müəyyən güzəştlər əldə etməyə çalışacaq. Və bir müddət özünü susqun aparacaq. Yəni, Ermənistana əlaltdan kömək etməyi davam etdirsə də, Azərbaycana qarşı hər hansı bir təzyiq və təhdidə yol verməyəcək".
Bizim.Media