“İranın Azərbaycanda üzə çıxmayan xeyli şəbəkəsi var” – Məscidlərdə İBLİS YUVASI

“İranın Azərbaycanda üzə çıxmayan xeyli şəbəkəsi var” – Məscidlərdə İBLİS YUVASI

Hazırda oxunan: “İranın Azərbaycanda üzə çıxmayan xeyli şəbəkəsi var” – Məscidlərdə İBLİS YUVASI

45854

Noyabrın 10-da sosial şəbəkələrdə özünü Şeyx Sərdar adlandıran “din xadimi”nin yayılan görüntüsü ölkə gündəmində geniş müzakirələrə səbəb olub. Belə ki, Sərdar Babayev adlı şəxs gizli kamera quraşdıraraq öz həmkarının intim görüntüsünü çəkib. Ehtimala görə o, videonu şantaj vasitəsi kimi istifadə olunması məqsədilə ilə lentə alıb.

“Bu isə cəmiyyət arasında dinə qarşı ikrah hissi oyatmaqla yanaşı, həm də birbaşa dövlətə xəyanət kimi də qiymətləndirilə bilər”.

Bu fikirləri Bizim.Media-ya özəl açıqlamasında ilahiyyatçı Turan İrfan səsləndirib. 

“Bu insanlar din xadimi deyillər və onların islamla heç bir əlaqəsi yoxdur. Onlar İranın agentura şəbəkəsinin təsirində olan adamlardır. Bu gün bu cür insanlar yüzlərlədir. Onlar həm vətənə, həm də dinə xəyanət edirlər.
 

MÖVZU İLƏ BAĞLI:

İranın kəşfiyyat qurumlarının növbəti oyunları – YENİ FAKTLAR


Azərbaycanda oturub, çörəyini yeyib, suyunu içib sonra da vətənə xəyanət edirlər. Onlar dinlə maskalanmış xarici kəşfiyyat orqanlarına xidmət edən vətən xainləridir. Təəssüflər olsun ki, bu gün Ermənistanın yanında olan dövlətlər, onların müttəfiqləri Azərbaycan əleyhinə din pərdəsi və başqa adlar altında şəbəkələr, insanlar yetişdirirlər.
 

Sonra isə həmin insanlardan məqsədləri üçün istifadə edirlər. İranın ölkəmizdə hələ üzə çıxmayan xeyli şəbəkəsi var. Məscidlərdə nələrin baş verdiyi dərindən araşdırılmalıdır. Dövlətimizi sarsıtmaq üçün onlar hər cür yola əl atırlar”. 


T.İrfan həmçinin qeyd edib ki, bu yolla şantaj qurbanları xarici kəşfiyyat orqanlarına işləməyə məcbur edilir. 

İlahiyyatçının fikrincə, şantajla məşğul olan şəxslər ən ağır cəzaya düçar olunmalıdırlar ki, başqalarına da örnək olsun.

“Bu cür hallarda hüquq-mühafizə orqanları, xüsusən Dövlət Təhlükəsizlik xidməti çox fəal çalışır. Onlar haqlı olaraq, bu insanları məsuliyyətə cəlb edirlər. Çünki onlar həm insanların mənəviyyatına qarşı terror həyata keçirirlər, həm də onları fiziki cəhətdən təxribatlara alət edirlər. Bu səbəbdən onlar ikiqat cəzalandırılmalıdırlar.
 

Hətta mən təklif edərdim ki, qanunvericilikdə dəyişikliklər edib bu cinayətkarlara qarşı daha qatı cinayət məsuliyyəti tətbiq etmək lazımdır. Çünki onların casusluq etdikləri dövlətlərdə, məsələn İranda bu insanları camaatın gözləri qarşısında birbaşa dar ağacından asırlar.


Bizim nə qədər çoxsaylı soydaşlarımız Cənubi Azərbaycanda şərləyərək, müxtəlif adlarla edam ediblər. Halbuki İranın özü Azərbaycanda bu kimi şəbəkələr yetişdirir”.

Sonda ilahiyyatçı qeyd edib ki, ümumiyyətlə islamda, quranda din xadimi, ruhanilər məclisi və.s kimi bir anlayış yoxdur. Bunlar sadəcə, xarici kəşfiyyatın casusluq üçün yaratdıqları saxta bir mövhumatdır.

Vüsalə Balayeva, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO