Azərbaycan səfiri etimadnaməsini Kosta-Rika Prezidentinə təqdim etdi

Azərbaycan səfiri etimadnaməsini Kosta-Rika Prezidentinə təqdim etdi

Hazırda oxunan: Azərbaycan səfiri etimadnaməsini Kosta-Rika Prezidentinə təqdim etdi

4577

Azərbaycanın Kosta-Rikadakı səfiri Məmməd Talıbov videokonfrans formatında keçirilmiş mərasimdə etimadnaməsini bu ölkənin Prezidenti Karlos Alvarado Kesadaya təqdim edib.

Azərbaycanın Meksikadakı səfirliyindən Bizim.Media-ya verilən xəbərə görə, görüşdə Azərbaycanla Kosta-Rika arasında ənənəvi dostluq münasibətlərinin mövcud olduğu, bu xüsusda iki ölkə arasında həm ikitərəfli formatda, həm də beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı faydalı əməkdaşlıq aparıldığı qeyd edilib.

Həmçinin birgə səylərlə ölkələrimiz arasında əlaqələrin yeni mərhələyə yüksələcəyinə ümid ifadə edilib.

Azərbaycanın beynəlxalq qaydada tanınmış ərazilərinin uzun illər Ermənistanın işğalı altında olduğu bir vaxtda Kosta-Rikanın bu münaqişədə beynəlxalq hüquqa söykənən mövqeyinin ölkəmiz tərəfindən yüksək qiymətləndirildiyini bildirən M. Talıbov Kosta-Rika XİN-in Ermənistanla Azərbaycan arasında baş vermiş son qarşıdurmanı daim diqqətdə saxlaması və bununla bağlı bəyanat vermiş olmasının vacibliyini vurğulayıb.

Azərbaycan və Rusiya Prezidentləri və Ermənistan Baş naziri arasında imzalanmış bəyanat barədə danışan səfir, sənədin tələblərinə əsasən, Ermənistanın işğalçı ordusunun Azərbaycan ərazilərindən çıxarıldığını bildirib.

Sonda ölkəmizə sülh və əmin-amanlıq arzulayan Prezident K. A. Kesada M. Talıbovu Kosta-Rikaya səfir təyin olunması münasibətilə təbrik edib, ona gələcək fəaliyyətində uğurlar arzulayıb və yaxın zamanda Kosta-Rikaya səfərə dəvət edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO