"Zirvə görüşü bütün türk dünyası üçün tarixi əhəmiyyət kəsb edəcək" - İlham Əliyev

Hazırda oxunan: "Zirvə görüşü bütün türk dünyası üçün tarixi əhəmiyyət kəsb edəcək" - İlham Əliyev

45680

"Biz Türk Şurasının tədbiri çərçivəsində görüşürük və bu Şura təşkilata çevrilir”.

Bizim.Media xəbər verir ki, bu fikirləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də İstanbulda Qırğız Respublikasının Prezidenti Sadır Japarovla görüşündə səsləndirib.
 

MÖVZU İLƏ BAĞLI:

İlham Əliyev İstanbulda Qırğızıstan Prezidenti ilə görüşdü - FOTO


“Əlbəttə, bu Zirvə görüşü bütün türk dünyası və bizim ölkələr üçün tarixi əhəmiyyət kəsb edəcək, həm də ölkələrimiz arasında ikitərəfli münasibətlər barədə söhbət etmək üçün yaxşı imkan yaradacaq. Biz həm siyasi, həm iqtisadi, humanitar sahələr ilə bağlı məsələlərin geniş spektri barədə qarşılıqlı aktiv fəaliyyətə ümid edirik və düşünürəm ki, bütün məsələlər spektri üzrə yaxşı potensial var. Artıq xarici işlər nazirləri səviyyəsində görüşlər olub və sizin xarici işlər naziri Azərbaycana səfər edib. Buna görə düşünürəm ki, bu gün biz ölkələrimizin, xalqlarımızın rifahı naminə əlaqələrimizin tamdəyərli olması və son nəticəyə yönəlməsi üçün ölkələrimiz arasında əməkdaşlığın daha da inkişaf etməsinə yaxşı təkan verəcəyik”, deyə Azərbaycan lideri qeyd edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO