Bayramov İsrailli həmkarı ilə telefonla danışdı

Bayramov İsrailli həmkarı ilə telefonla danışdı

Hazırda oxunan: Bayramov İsrailli həmkarı ilə telefonla danışdı

4563

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla İsrailin xarici işlər naziri Qabi Aşkenazi arasında telefon danışığı baş tutub.

XİN-dən Bizim.Media-ya verilən məlumata görə, nazirlər bölgədəki vəziyyət, 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatdan irəli gələn məsələlər barədə fikir mübadiləsi aparıblar və bölgədə sülhün, təhlükəsizliyin və rifahın təmin edilməsi üçün birgə bəyanatın icra edilməsinin vacibliyini vurğulayıblar.

Tərəflər həmçinin müxtəlif sahələrdə həyata keçirilən layihələr də daxil olmaqla ikitərəfli əməkdaşlığı və qarşılıqlı maraq doğuran digər regional və beynəlxalq məsələləri müzakirə ediblər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO