Tofiq Zülfüqarov: “1998-ci ildə Heydər Əliyevin Koçaryanla görüşündə mən də iştirak edirdim” – DETALLAR VİDEODA

Tofiq Zülfüqarov: “1998-ci ildə Heydər Əliyevin Koçaryanla görüşündə mən də iştirak edirdim” – DETALLAR VİDEODA

Hazırda oxunan: Tofiq Zülfüqarov: “1998-ci ildə Heydər Əliyevin Koçaryanla görüşündə mən də iştirak edirdim” – DETALLAR VİDEODA

45163

Gürcü politoloq Gela Vasadze ilə Ermənistanın start verdiyi Qarabağ münaqişəsindən danışan eks xarici işlər naziri Tofiq Zülfüqarov konfliktin hələ SSRİ dönəmində başladığını xatırladıb.

Bizim.Media xəbər verir ki, Tofiq Zülfüqarovun sözlərinə görə konfliktə səbəb ermənilərin ərazi iddiaları olub.

Belə ki, həmin vaxt İrəvan “Miatsum” layihəsinə başlayıb. Ardınca ermənilər status müəyyənləşdirmə və yerli əhalinin hüquqları müstəvisini önə çəkmək istəyiblər. Amma ardınca mövqeləri bir daha dəyişib:
 

MÖVZU İLƏ BAĞLI:

Azərbaycan Ermənistandan keçmiş ərazilərini ala bilərmi? - Tofiq Zülfüqarovdan ÖZƏL


“1998-ci il aprel ayında Robert Koçaryanın Heydər Əliyevlə görüşündə (orada mən və Ermənistan XİN rəhbəri Oskanyan da iştirak edirdi) qərar qəbul olundu ki, danışıqlar iki ölkə başçısı arasında aparılacaq. Yəni, konflikt dövlətlərarası oldu.

Daha sonra Paşinyan hakimiyyətə gəldi və bəyan etdi ki, “Artsax” Ermənistandır. Bununla yanaşı onlar iddia edirdilər ki, həmin qondarma rejim digər işğal olunan əraziləri də öz tərkibinə qatıb. Bu isə separatçılıqdan irredentizmə keçiddir. İrredenta qonşu dövlətin ərazisini özünə birləşdirməyə cəhddir”.

Tofiq Zülfüqarovun sözlərinə görə, 44 günlük müharibə ilə Azərbaycan bu və digər təhdidlərin qarşısını alıb.  

Videonu təqdim edirik:
 



Bizim.Media 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO