“Türkiyə və Rusiya arasında imzalanan memorandum əsasında Dağlıq Qarabağda atəşkəsə nəzarət üzrə Birgə Rusiya-Türkiyə Monitorinq Mərkəzinin ən qısa zamanda fəaliyyətə başlaması üçün əməkdaşlıq davam etməkdədir”.
Bizim.Media xəbər verir ki, bu barədə Türkiyə Müdafiə Nazirliyinin həftəlik yayınlanan görüntülü mətbuat büllettenində bildirilib.
Qeyd olunub ki, türkiyəli mütəxəssislər Azərbaycanın Ermənistanın işğalından azad edilmiş ərazilərində Azərbaycan Ordusuna dəstək fəaliyyətini də davam etdirir:
“Mina və partlayıcıların aşkarlanması və məhv edilməsi, təmizlənməsinə dəstək verilir, eləcə də bu istiqamətdə təlimlər davam etdirilir. Bütün imkanlarımızla hər zaman kədərimiz, sevincimiz bir olan azərbaycanlı qardaşlarımızın yanındayıq”.(apa)
Bizim.Media
- A-
- A
- A+
Siyasət
16:36 / 06.12.2020
Qarabağda Rusiya-Türkiyə Monitorinq Mərkəzi ən qısa zamanda fəaliyyətə başlayacaq - HAZIRLIQ GEDİR
Hazırda oxunan: Qarabağda Rusiya-Türkiyə Monitorinq Mərkəzi ən qısa zamanda fəaliyyətə başlayacaq - HAZIRLIQ GEDİR
Hazırda oxunan: Qarabağda Rusiya-Türkiyə Monitorinq Mərkəzi ən qısa zamanda fəaliyyətə başlayacaq - HAZIRLIQ GEDİR
4457
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.