Vətən Müharibəsinin 37-ci günü nələr baş verdi? - XRONİKA

Vətən Müharibəsinin 37-ci günü nələr baş verdi? - XRONİKA

Hazırda oxunan: Vətən Müharibəsinin 37-ci günü nələr baş verdi? - XRONİKA

44272

2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin cəbhəboyu genişmiqyaslı təxribat törətməsinə cavab olaraq Azərbaycan Ordusu sonradan “Dəmir yumruq” adlandırılan əks-hücum əməliyyatına başladı. 44 gün davam edən Vətən müharibəsi təxminən otuzillik işğala son qoyulması və ərazi bütövlüyümüzün bərpası ilə nəticələndi.

Bizim.Media Vətən müharibəsinin noyabrın 2-nə aid olan xronikasını təqdim edir.

- Prezident İlham Əliyev özünün rəsmi "Twitter" səhifəsində Azərbaycan Ordusunun Cəbrayıl, Zəngilan, Qubadlı rayonlarının bir neçə kəndini işğaldan azad etməsi ilə bağlı paylaşım edib.

- Prezident İlham Əliyev Türkiyənin keçmiş Baş Naziri Binəli Yıldırımın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib

- Prezident İlham Əliyev Türk Şurasının Baş katibini və digər şəxsləri qəbul edib.

- Düşmənin məhv edilən hərbi texnikasının siyahısı açıqlanıb.

- Düşmən Ağdam və Ağcabədi rayonlarının ərazisini atəşə tutub. Ermənistan dövlət sərhədində atəşkəs rejimini pozub. Hücuma cəhd edən düşmən 30-a qədər itki verərək geri çəkilib.

- Düşmənin Su-25 döyüş təyyarəsi məhv edilib. Düşmənin daha 4 ədəd “Qrad”ı məhv edilməsinin videogörüntüsü yayılıb.

- Düşmən Tərtər və Goranboy rayonlarının ərazisini intensiv atəşə tutub. Düşmən növbəti dəfə Ermənistan ərazisindən Qubadlını atəşə tutub.

- Düşmənin canlı qüvvəsi darmadağın edilməsinin videogörüntüsü yayılıb.

- Düşmənin “KUB” zenit-raket kompleksi dəqiq atəşlə məhv edilməsinin videogörüntüsü yayılıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO