G20-də ABŞ-ın əsas məqsədi nə idi? - “Rusiya və Çinin parçalanacağı tarix...” Politoloqdan ÖZƏL ŞƏRH

G20-də ABŞ-ın əsas məqsədi nə idi? - “Rusiya və Çinin parçalanacağı tarix...” Politoloqdan ÖZƏL ŞƏRH

Hazırda oxunan: G20-də ABŞ-ın əsas məqsədi nə idi? - “Rusiya və Çinin parçalanacağı tarix...” Politoloqdan ÖZƏL ŞƏRH

44179

G-20 sammitində istiləşmə və  koronavirus müzakirələrinin arxasında, əslində hansı toplaşma səbəbi var? Maraqlı olan bir məsələ də var, hələ bir müddət əvvəl “The Economist”in sentyabr buraxılışında G-20 fotosunda Rusiya ilə Çinin yeri boş buraxılmışdı. Və elə də oldu, Si Cinpinlə Putin sammitə sadəcə videobağlantıyla qoşuldular.

“Əslində Romadakı G-20 toplantısı dünyanın yeni düzənini formalaşdırdı desək, səhv etmərik” sözləri ilə cavabına başlayan eks deputat Cümşüd Nuriyev fikirlərinə dəlil kimi hazırda dünyada Amerika və onun tərəfdarları, Rusiya və onun tərəfdarları məsələsinin gündəm olduğunu xatırladıb.

“Görünən odur ki, Rusiya və Çin bu məsələlərdə birgə çıxış etmək istəyir” deyən siyasi ekspert Bizim.Media-ya özəl açıqlamasında bunu hər iki dövlətdə imperiya ambisiyalarının güclü olması ilə əlaqələndirib.
 

Həm Çin, həm də Rusiyada resurslar da çox yüksəkdir. Belə ki, dünya resurslarının 21 faizi Rusiyadadırsa, Çinin də əhali, ərazi və digər aspektlərdə böyük göstəriciləri var. Ona görə də qarşıdurma özünü göstərməkdədir:


“Çin və Rusiyanı oyundan kənar saxlamaq hazırda Amerikaya sərf edir. İyirmiliyə daxil olan ölkələrdən bu və ya digər formada güclü olan yeganə dövlət İngiltərədir. Çünki Britaniya özü ilə bərabər daha 3 dövlətlə təmsil olunur. Cənubi Afrika Respubliklası, Avstraliya və Kanada. ABŞ və Britaniya anqlosaks qrupu olaraq G-20 üstünlüyünə malikldir. Rusiya və Çinin parçalanması isə onların maraq dairəsindədir.

Ümumiyyətlə Rusiyanın imperiya ambisiyaları artdıqca dünyaya böyük təhlükə yaradır. İqtisadi cəhətdən uzaqlaşan Rusiya ilə Çin arasında həm də yeni ödəniş sistemi gündəmə gəlib. Bu o deməkdir ki, dərin dövlətin (ABŞ) ən müqəddəs saydığı dollar məsələsinə artıq “hücum” var. Bu hücumu dəf etmək üçün Bayden müəyyən məsələlərdən yararlanmağa çalışdı.
 

Başqa bir məsələ də Çinin ortaqları ilə bağlıdır. Uyğurlarla bağlı məsələ də masadadır. Çin 4 dövləti işğal edib, özünə birləşdirəndən sonra indiki vəziyyətə gəlib çıxıb. Burada Çin, Tibet, Mancuriya və Uyğurustan var.


Uyğurustanla bərabər qazaxlar, özbəklər ordan ayrılsa, təxminən 300 milyonluq yeni və güclü bir dövlət formalaşa bilər. Mənə elə gəlir ki, müsəlmanların Çindən ayrılması istiqamətində siyasət yürüdüləcək. Çinə təzyiq etmək üçün bütün variantlardan istifadə olunacaq. Amma inanmıram ki, Çin və Rusiya belə tez təslim olalar.

Proqnozlaşdırılır ki, Rusiya tezliklə çökəcək. 80-ci illərin ortalarından başlayan siyasət artıq yeni formada, təzə üsullarla həyata keçirilir. 2025-ci ilə qədər Çini də qarışdırmağa çalışacaqlar. Bunda Yaponiyanın da maraqları var.
 

Hər iki dövlətin Mancuriya işğalı ilə əlaqədar torpaq problemləri mövcuddur. Dünya yeni bir mərhələyə girir və başlıca siyasi vəzifə Rusiya ilə Çini parçalamaqdır”. 


Politoloq sonda Bayden Ərdoğan görüşünə də toxunub. Cümşüd Nuriyevin fikrincə, liderlərin söhbətindən sonra Qafqazın yeni düzəni müəyyənləşdiriləcək:

“10-15 gün ərzində yəqin, Türkiyənin yürütdüyü siyasətdən bəlli olacaq ki, Ankara ilə Vaşinqton arasında hansı razılaşmalar olub. Razılıq olmasaydı, görüşdən məmnun ayrılmazdılar”. 

Bizim.Media  

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO