Daha iki bank birləşə bilər

Daha iki bank birləşə bilər

Hazırda oxunan: Daha iki bank birləşə bilər

43804
 "Bank Respublika” və "Rabitəbank” ASC-lər arasında mümkün konsolidasiyaya dair danışıqlar başlanılıb.

Bu barədə "Report”a bank dairələrindən məlumat verilib.

Bununla belə, hələ ki, konsolidasiyanın hansı formada olacağı, yəni, banklardan birinin digərinə birləşəcəyi və yaxud iki bankın birləşməsi ilə bazara yeni ad altında bankın daxil olacağı məlum deyil.

Xatırladaq ki, bir qədər əvvəl adları çəkilən banklar bankomat şəbəkəsini birləşdirib və müştərilərinə bir-birinin bankomatlarından komissiyasız istifadə etmək imkanı yaradıb. 

"Report” məsələ ilə bağlı banklarla əlaqə saxlayıb. "Bank Respublika"dan bununla bağlı məlumat olmadığı bildirilib. "Rabitəbank"dan isə bildirilib ki, hazırda müxtəlif kredit təşkilatları ilə konsolidasiyaya dair müzakirələr aparılır. amma heç bir maliyyə qurumu ilə yekun razılıq əldə olunmayıb.
 
Sfera.az
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO