Deputat “Azəristiliy”i tənqid etdi – “İşinin öhdəsindən gəlirmi?”

Deputat “Azəristiliy”i tənqid etdi – “İşinin öhdəsindən gəlirmi?”

Hazırda oxunan: Deputat “Azəristiliy”i tənqid etdi – “İşinin öhdəsindən gəlirmi?”

43774

“Qış qapıdadır, amma yerlərdə istiliklə bağlı əhalinin narazılığı artmaqda davam edir. Binaların isidilməsi çox bərbad haldadır”. 

Bizim.Media xəbər verir ki, bu fikirləri deputat Razi Nurullayev Milli Məclisin bu gün keçirilən plenar iclasında səsləndirib. Deputat “Azəristilik” ASC tərəfindən verilən istiliyin əhalini qane etmədiyini vurğulayıb.
 

MÖVZU İLƏ BAĞLI:

Bu gün Milli Məclisdə hansı məsələlər müzakirə olunacaq? - SİYAHI


“Bütün ölkə üzrə mərkəzi istilik sistemi bərpa edilməlidir. Lakin görək, “Azəristilik” ASC işinin öhdəsindən gəlirmi? Qazanxanalar tikilməlidir ki, vətəndaş istilik sistemindən lazımınca istifadə edə bilsin”.

O sonda bildirib ki, eyni zamanda dövlət qurumları mütləq gördükləri bütün işləri haqda cəmiyyətə vaxtaşırı hesabat verməlidirlər. 

Vüsalə Balayeva, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO