“Ərdoğan Qarabağdan Paşinyana dəstək mesajı yollayıb” – Çingiz Qənizadədən ÖZƏL

“Ərdoğan Qarabağdan Paşinyana dəstək mesajı yollayıb” – Çingiz Qənizadədən ÖZƏL

Hazırda oxunan: “Ərdoğan Qarabağdan Paşinyana dəstək mesajı yollayıb” – Çingiz Qənizadədən ÖZƏL

43484

Türkiyə liderinin Qarabağ və Şərqi Zəngəzur İqtisadi rayonlarına səfəri Ermənistanda qıcıq yaradıb. Belə ki, hətta Ermənistan parlamentində deputatla spiker arasında mübahisə, qalmaqal yaşanıb. Bu durumda müxtəlif suallar yaranır:

Ermənilər “daşnak ideologiya”, cəfəng xamxəyallarının yavaş-yavaş havaya sovrulmasına görə özlərindən çıxırlar?

Ümumiyyətlə, bu səfərə görə pörtən ancaq ermənilərdir?
 

MÖVZU İLƏ BAĞLI:

“İlham Əliyevlə gələcəyə dair planları nəzərdən keçirdik” – Ərdoğan


Bizim.Media bu suallara cavab tapmaq üçün Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri Çingiz Qənizadə ilə əlaqə saxladı.

Hüquq üzrə fəlsəfə doktoru bizim üçün sevindirici olan bu səfərin düşmənlərimizi bir o qədər qıcıqlandırdığını dedi:

“Hesab edirəm ki, bu, təkcə Ermənistanda qıcıq yaratmayıb. Bu illər ərzində Ermənistana dəstək verən və işğalçının yanında olan bütün dövlətlər qıcıqlanıb. Qıcıqlananlar arsında bizlə qonşu olanlar da, uzaqda yerləşənlər də var. Amma söhbət Ermənistandan gedirsə, Ermənistan cəmiyyəti artıq 2 qrupa bölünüb. Onlardan biri müxalifətdə olan revanşist qüvvələrdir. Koçaryan və Sarkisyanın rəhbərlik etdiyi bu qrup daxili auditoriyaya yüklənmiş insanlardır. Revanşdan bəhs edir, amma nə ilə müharibə edəcəklərini də bilmirlər”.

Çingiz Qənizadə cavabının davamında vurğuladı ki, Ermənistandakı 2-ci qrup müharibələrdən bezmiş, ölkənin gələcəyinə köklənmiş, İrəvanı “Qarabağ klan”ından qurtarmaq istəyən hakimiyyətdə olan qüvvələrdir:

“Bu baxımdan, dünənki səfər çərçivəsində Ermənistanda baş verənlər diqqətlə izlənilirdi. Hətta səfərə hazırlıq ərəfəsində Ermənistandakı olaylar bir daha göstərdi ki, Paşinyanın vəziyyəti o qədər də yaxşı deyil. Çünki o, 10 noyabr bəyanatının şərtlərinin icrasında maraqlıdır, lakin Nikola mane olan güclü qüvvələr var ki, bu prosesi ləngidir. Məncə Paşinyan, bir neçə gün öncə Moskvaya qısa səfəri çərçivəsində tapşırıq alıb və Zəngəzur dəhlizi açılmalıdır. Sərhədlər də delimitasiya və demarkasiya olunmalıdır”. 

Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri Ermənistan parlamentində baş verənlərə də toxundu.

Bir deputatın mühafizə tərəfindən tribunadan çıxarılmasını ölkədaxili gərginlik adlandıran Çingiz Qənizadə müxalifətin mitinq çağırışlarını da belə izah etdi:

“Bu onu göstərir ki, Azərbaycanla sülh müqaviləsi imzalanmasın deyə Ermənistanın daxilində də, xaricində də hərəkətə keçən qüvvələr var. Lakin bu, bizi narahat etmir. Hesab edirəm ki, hörmətli Ərdoğan və Prezidentimiz cənab İlham Əliyevin Zəngilanda dünyaya verdiyi mesajlarla İrəvana da çatdırıldı ki, Azərbaycan tək deyil”. 

Müsahibimizin sözlərinə görə, səfər həm də Paşinyan hökumətinə bir ismarıc idi ki, qonşularla normal əməkdaşlıq istəyirsinizsə revanşist qüvvələrlə mübarizədə qətiyyətli olun:

“Bilirsiniz ki, orada həbslər gedir. Revanşistlər küncə sıxışdırlır. Noyabrda Koçaryanın məhkəməsi davam etdiriləcək.  Sarkisyanla bağlı cinayət işi başlanılıb. Artıq Ermənistanda hər kəs anlayır ki, bu cür radikal qüvvələrlə gələcəyə üz tutmaq mümkün deyil”.

Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO