Baş nazirdən mülki müdafiə ilə bağlı SƏRƏNCAM - Bu gündən qüvvəyə minir

Baş nazirdən mülki müdafiə ilə bağlı SƏRƏNCAM - Bu gündən qüvvəyə minir

Hazırda oxunan: Baş nazirdən mülki müdafiə ilə bağlı SƏRƏNCAM - Bu gündən qüvvəyə minir

43416

Azərbaycan Respublikasının mülki müdafiə planının hazırlanması üzrə Komissiya yaradılıb. 

Bizim.Media xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov sərəncam imzalayıb. 

Sərəncama əsasən, Azərbaycan Respublikasının mülki müdafiə planının hazırlanması üzrə yaradılan Komissiyanın tərkibi açıqlanıb. 

Komissiyaya tapşırılıb ki, Azərbaycan Respublikasının mülki müdafiə planını hazırlayıb Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etsin. 

Komissiyanın fəaliyyətinin səmərəli təşkili məqsədilə onun üzvlərinin təmsil etdikləri dövlət orqanlarının və qurumların nümayəndələrindən ibarət Komissiyanın İşçi qrupu yaradılacaq. 

Komissiyanın İşçi qrupunun işinin təşkili və əlaqələndirilməsi Fövqəladə Hallar Nazirliyinə həvalə edilib. 

Müəyyən edilib ki, Komissiya qanunvericiliklə müəyyən olunmuş qaydada öz fəaliyyətinə müstəqil ekspertləri və mütəxəssisləri cəlb edə bilər. Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO