Ermənilər Şirakın adını niyə dəyişməyiblər? – Hibrid millətin Arşakilər YALANI – FAKTLAR

Ermənilər Şirakın adını niyə dəyişməyiblər? – Hibrid millətin Arşakilər YALANI – FAKTLAR

Hazırda oxunan: Ermənilər Şirakın adını niyə dəyişməyiblər? – Hibrid millətin Arşakilər YALANI – FAKTLAR

42482

Əvvəlcə qeyd edək ki, Şirak Azərbaycanda daha çox Şörəyel kimi tanınıb. Yəni, Səfəvilər imperiyamızın son illəri, əsasən xanlıqlar dövrünün sonrakı etapında ərazi Şörəyel adlanıb və insanların hafizəsində bu cür möhkəmlənib.

Bizim.Media xəbər verir ki, Şirak da türk toponimidir və türk tayfaları, azərbaycanlılarla bağlıdır. 
 

MÖVZU İLƏ BAĞLI:

Ermənilərin tapdığı arxefaktlar kimə aiddir? - Tarix İnstitutundan CAVAB – FOTOFAKT


Bəs ermənilər niyə həmin mahalı Şirak adlandırır?

Erməni tarixçiləri Şirakın yaranmasını IV-VI əsrlərə aid uydurulmuş erməni mənbəsi olan Moves Xorenatsiyə istinad edirlər. Guya ki, Şirak eradan əvvəl II-I əsrlərdə “Böyük Ermənistan”ın tərkibində olub və adını Şara – Xaykın nəslindən olanlardan birindən götürüb. Erməni tarixi mənbələri həmin vaxt “Böyük Ermənistan”da Arşakilər sülaləsinin hakimiyyətdə olduğunu yazırlar. Əslində onlar “Böyük Ermənistan” deyəndə qədim Azərbaycan dövləti olan Albaniyanı nəzərdə tuturlar.

Arşakilərin isə ermənilərə aidiyyatı yoxdur. Hökmdar adlarına baxmaq kifayətdir:

“I Fərhad, Sanatürk (türk adı olan ilk hökmdar), Musa, Arşak (Ər Sak, ərən türk) və s.”
Erməni cəfəngiyyatlarına heç bir tarixi dəlil əsas verməsə də, bu və digər alban hökmdarlarının adlarının onlarda hazırda da yaşadılması (övladlarına verilməsi) erməni uydurmalarının davamını gətirir. 

Şirak adına gəlincə, müxtəlif yerli və əcnəbi tarixçilərin fikirlərinə yer verilməlidir:

1. Antik müəllif Tatsit (Annallar,XII,15) Şimalda "şirakların çarı Zorsin" ifadəsini işlədir. Müəllifin Zorsin kimi yazdığı ad latın dilində "ç" səsi olmadığına görə Çursin kimi oxunmalıdır. Çursin türkcə "çur" – "qəhrəman", "çin" (şin,sin) – "kimi" sözlərindən ibarətdir. Beləliklə, ad "qəhrəman kimi" anlamındadır. Tatsit (Salnamə,XII,16) sirakların Şimali Qafqazda şəhərlərinin adını Uspu kimi yazır. Q.Qeybullayev yazır ki, bu toponim Uçupa yaxud Uçopa (Üçoba) kimi bərpa olunmalıdır (Azərbaycan türkcəsindəki oba sözünün qədim türk dilində upa, upu formaları məlumdur).

Qaraqalpaqlarda Kara-Sirak, özbəklərdə Çuvan-Sirak, Katta-Sirak, türkmənlərdə Çirakçi adlı tayfalar vardı. Təkcə bu fakt sarmatların sirak türk mənşəli olduğunu aydın göstərir.

2. Strabon Şimalda şirakların bir hökmdarının adını Abeak kimi göstərir. Bu ad da türkcədir. Altay dillərində "abaqa" – "əmi" mənasındadır. VIII əsrdə Altayda telenqutların başçısı Abak, teleutların XVII əsrdə xanı Abak adlanırdı. XIII əsrdə Çingiz xanın nəslindən Abaqa xanın adı da mənşəcə bu sözlə bağlıdır. Çuvaşlarda indi də Abak və Abayak şəxs adları var.

3. V.İ.Abayevin şirakları irandilli sayması və hətta sirak sözünü osetin dili əsasında "rəvan rəqs edən" kimi izah etməsi isə elmi həqiqətə uyğun deyil. Şirakların Cənubi Qafqazda nə vaxt məskunlaşmaları mənbələrdə göstərilməyib. Lakin Qafqaz Albaniyası haqqında bəhs edən mənbələr şirakların adını alban tayfalarından biri kimi çəkir.

Qərbi Azərbaycan (indiki Ermənistan) ərazisində isə şirakların miladdan əvvəl yaşamaları məlumdur.

4. V əsr ərmən tarixçisi Moisey Xorenasinin e.ə.II əsrdə Şimaldan türk bulqarların gəlib Ermənistanda məskunlaşmasını yazması və Şirak hakimi ifadəsini işlətməsi (III kitab, 43-cü fəsil) şirakların orada miladdan əvvəl məskunlaşdığını göstərir. Həmin müəllif I əsrdə ərmən hökmdarının Şirakın oğlanlarından Quşarı Kəngər və Kolb əyalətlərinə hakim təyin etməsini də yazır (II kitab,VIII fəsil). Bu məlumatdakı Quşar şəxs adı da türkcədir. Bu ad "kuş" – "qartal" (Azərbaycanda arxeoloji qazıntılar zamanı antik və erkən orta əsrlərə aid kiçik qartal fiqurları tapılmışdır) və "ər" sözlərindən ibarətdir.

5. Ona görə də hay tədqiqatçısı P.K.Patkanovun Ermənistanda şirakların məskunlaşmasını miladın IV yüzilinə aid etməsi düzgün deyil. Qərbi Azərbyanda şiraklar Arpaçay sahilində məskunlaşmışdlar. Orta əsr mənbələrində bu ərazilər Şirak-el adlandırılır. Tarixi ədəbiyyatda rast gəlinən Şuraqel, Şörəyel formaları da məhz Şirak-elin təhrif edilmiş formalarıdır.

Hətta Ərmən hökmdarı Tiridatın dövründə (665-699) şirakların Şirakovan adlı şəhərinin olması da məlumdur.

6. II əsr ərmən tarixçisi Ananiy Şirakatsi (Şiraklı) məhz şirak mahalının adı ilə adlanıb. 

7. IX əsr ərəb müəllifi İbn Xordadbeh Ermənistandaki Şirak mahalının adını Siirac kimi qeyd edib. Kitabi Dədə Qorqudda isə bu toponim katiblərin səhvi üzündən Şirəku kimi qeyd olunub. XX əsrdə Qərbi Azərbaycanda Şirakqala şəhər xarabalığı vardı. Ermənistanda Şirak rayonunun adında bu etnosun adı XX əsrin ortalarına kimi qorunurdu. Erməni tarixçiləri şirakları irandilli saydıqlarına görə bu toponim dəyişdirilmrdi. Şirakların digər bir hissəsi isə Qafqaz Albaniyasında Qanıx (Alazan) və Qabırrı (İori) çaylarının arasında məskun idi.

İndi Gürcüstanın ərazisinə düşən bu ərazidə şirakların adı Şirak düzünün adında qorunub. Maraqlısı odur ki, şirak tayfasnın adı topnimlərdə həm də Çıraqlı (Siraklı, Şiraklı) kimi qalıb. Azərbaycannda Çıraqlı adlı 4 kənd var. Çıraqqalanın adı da bu etnonimlə əlaqələndirilir.
Sonda qeyd edək ki, şiraklar Azərbaycan türklərinin etnogenezində mühüm rol oynamış qədim türk etnoslarından biridir. Tarixi mənbələrdən şirakların hələ Qafqaz Albaniyası ərazisində yaşamaları məlumdur. Şirak etnonimi mənbələrdə həm də sirak kimi qeyd olunur.

Tarixşünaslıqda əvvəllər şirakların mənbəyi haqqında müəyyən qədər tərəddüdlər olsa da, sonrakı araşdırmalar zamanı bu tərəddüdlər aradan qaldırılıb. 

Ermənilərin bəzi qədim Azərbaycan şəhərlərinin adını ya hərfi tərcümə, ya da şəkilçi, hərf təhrifi ilə adlandırmasını onların qədim tarix iddiaları ilə əlaqələndirirlər.


Çünki regiondakı bütün tarixin Azərbaycana söykəndiyini görən ermənilərin plagiat və tapıntıları təhriflə öz adına çıxartmaqdan başqa yolu qalmır. Yoxsa Rəvan xanın adı ilə bağlı olan İrəvana Urartu dövrünə aid tapıntı olan “R, B, N” – “Erebuni” ilə Yerevan cızma-qarası etməyə çalışmazdılar. Elə erməni tarixçi Filipp Ekozyantsın da dediyi kimi, onsuz da Urartunun da ermənilərə dəxli yoxdur. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO