ABŞ-da yaşayan erməni Qarabağa köçüb - ÜÇTƏRƏFLİ bəyanatın HƏRTƏRƏFLİ pozulması nədən xəbər verir?

ABŞ-da yaşayan erməni Qarabağa köçüb - ÜÇTƏRƏFLİ bəyanatın HƏRTƏRƏFLİ pozulması nədən xəbər verir?

Hazırda oxunan: ABŞ-da yaşayan erməni Qarabağa köçüb - ÜÇTƏRƏFLİ bəyanatın HƏRTƏRƏFLİ pozulması nədən xəbər verir?

42444

ABŞ vətəndaşı olan ermənilərdən biri Ağdərənin Həsənriz (separatçılar Aterk adlandırır) kəndinə köçüb və bar-bar bağırır ki, “Artsax” bunun üçün müqəddəs torpaqdır. 

Bizim.Media xəbər verir ki, Amerikadan gələn Yesai Maxtesyanın ailəsi ştatlarda yaşayır, amma onun özü hansısa yollarla sülhməramlıların məsuliyyət zonası olan Qarabağda məskunlaşıb.

Eks dövlət müşaviri Qabil Hüseynli saytımıza özəl açıqlamasında bütün bunları ciddi pozuntu adlandırıb:

“Bütün bunlar Kremldə əldə olunmuş razılaşmaların ruhuna ziddir. Ermənilər hər an provokasiya, təxribat yaratmaq istəyirlər. Bu təxribatların daha təsirli və miqyaslı olması üçün əllərindən gələni əsirgəmirlər. İndi yeni bir təxribatın şahidiyik. Yaşayış üçün o qədər də əlverişli olmayan Ağdərə rayonunun Həsənriz kəndinə köçüb gəlmiş və orada yaşamağı özünə vətən kimi seçmiş bu erməni əslində sifarişlə siyasi mahiyyətli bir tapşırığı yerinə yetirir. Bu, Azərbaycana qarşı aparılan təbliğat kampaniyasının bir hissəsidir. Məncə, Bakı bu məsələni – xaricdən köçüb Qarabağa gəlmək istəyən ermənilərin hərəkətlərini təhlükəli, Azərbaycanın suveren torpaqlarına zorla yeridilən muzdlu kimi qəbul etməli və onların həmin ərazilərdən dərhal çıxarılmasını həm Rusiya sülhməramlılarından, həm də Ağdamdakı Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzindən xahiş etməlidir.
 

Çünki gələcəkdə bu presedent genişlənə və daha miqyaslı xarakter ala bilər. Bunun qarşısını indi almaq xeyli vacibdir”.


Qeyd edək ki, qanunsuz yollarla Ağdərəyə köçən Maxtesyan Azərbaycanın Qarabağ İqtisadi Rayonuna oğullarını da gətirəcəyini bəyan edib.

Bildirib ki, burada arıçılıq və donuz saxlamaqla məşğul olacaq. Pozuntuya yol verən erməninin digər təxribatçı fikirləri bunlardır:

“Ermənilər qan töküb ki, biz bu gün “Artsax”da yaşaya bilək. İrəvanda qohumlarım var, amma orada qala bilmədim. Qarabağa gəldim. Düşməndən qorxmuram. Azərbaycan Qarabağda yaşamağımızı istəmir. Amma biz burada yaşasaq, heç kəs bizə qalib gələ bilməz”. 
 

Qabil Hüseynli açıqlamasında ABŞ vətəndaşının Ağdərədə məskunlaşmasını siyasi sifariş və təxribat adlandırdı. Bu doğrudur, lakin baş verən olayda həm də “təbliğat” motivləri var. Çünki Qarabağ erməniləri İrəvanda yataqxana, kirayələrdə qalır.


Bəziləri hələ də başının üstündə dam axtarır, xaricə köç edir, ancaq Qarabağa qayıtmaq istəmirlər. “Artsaxpress”in Maxtesyan manşeti isə erməniləri Qarabağa cəlb etmək yüklüdür. Bu isə sülhməramlıların da işinə yarayır. Çünki Qarabağda erməni qalmasa, Rusiyanın sözügedən missiyası əhəmiyyətini, Moskva isə Cənubi Qafqaza nəzarəti itirmiş olur. 

Bu səbəbdən də üçtərəfli bəyanatın hərtərəfli pozulmaları adi hal alıb. 

Anar Rəhimov, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO