Bizim.Media dünən ölkəmizdə və dünyada baş verən hadisələrin qısa xronikasını sizə təqdim edir:
- Mexiko Azərbaycan bayrağı rənglərinə bürünüb.
- NEQSOL şirkəti Ukraynanın ən böyük sement zavodunu alır.
- Rusiya şirkətləri Ermənistan iqtisadiyyatına 1 milyard dollar sərmayə qoyur.
- Azərbaycan Respublikasının ictimai-siyasi həyatında uzunmüddətli səmərəli fəaliyyətinə görə Valeh Feyruz oğlu Ələsgərov 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.
- "CinemaPlus” Qarabağ Dirçəliş Fonduna 10 milyon manat köçürüb.
- Azərbaycan Respublikasında dövlət qulluğunda uzunmüddətli səmərəli fəaliyyətinə görə Məhərrəm Abış oğlu Əliyev “Şöhrət” ordeni ilə təltif edilib.
- Ukraynanın sabiq prezidenti İlham Əliyevi təbrik edib.
- Pentaqon rəhbəri Donbasdakı savaşa görə Rusiyanı günahlandırıb.
- Dövlət Dumasının deputatı, Liberal Demokrat Partiyasının rəhbəri Vladimir Jirinovski Prezident Rəcəb Tayyib Ərdoğanın Təhlükəsizlik Şurasının tərkibini genişləndirmək çağırışlarına cavab verib.
- Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğana başsağlığı məktubu ünvanlayıb.
Bizim.Media