Bu gün Ukrayna Ali Radasının Azərbaycanla dostluq qrupunun üzvləri Diasporla İş üzrə Dövlət Komitəsində olub.
Bizim.Media xəbər verir ki, Dövlət Komitəsi sədrinin müavini Vaqif Seyidbəyov 44 günlük Vətən müharibəsinin ilk günündən Ukrayna dövləti və xalqının Azərbaycanın haqlı mövqeyini dəstəkləməsini yüksək dəyərləndirib.
Ukrayna-Azərbaycan parlamentlərarası dostluq qrupunun həmsədrləri Valeri Kolyux, Vladimir Kreydenko və sədr müavini Lyudmila Marçenko Dövlət Müstəqilliyinin Bərpası Günü münasibətilə Azərbaycan xalqını təbrik ediblər.
İki dost ölkə arasında strateji tərəfdaşlıq münasibətlərinin bir sıra müstəvilərdə uğurla davam etdiyini vurğulayan deputatlar Ukraynanın hər zaman Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini və bundan sonra da dəstəkləyəcəyini bildiriblər.
Ötən günlərdə Gəncə və Ağdama səfər etdiklərini deyən qonaqlar erməni terrorunun nəticələrindən dəhşətə gəldiklərini, dünyanın bu terrorlara biganə qalmamalı olduğunu söyləyiblər.
Bizim.Media