Zaxarova: “Qarabağda atəşkəsin pozulması qeydə alınmayıb”

Zaxarova: “Qarabağda atəşkəsin pozulması qeydə alınmayıb”

Hazırda oxunan: Zaxarova: “Qarabağda atəşkəsin pozulması qeydə alınmayıb”

4213

“Dağlıq Qarabağ regionunda atəşkəsin pozulması halları qeydə alınmayıb”.

Bizim.Media-nın məlumatına görə, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə bildirib.

Onun sözlərinə görə, Rusiya sülhməramlıları vəziyyəti monitorinq edir:

“Sülhməramlılar tərəfindən qaçqınların təhlükəsiz qayıdışı və mülki avto-nəqliyyatın hərəkətinin bərpası təmin olunub. Bundan başqa sülhməramlılarımız əraziləri minalardan təmizləyirlər”.

Rusiya XİN rəsmisi itkin düşən hərbçilərin axtarışı və həlak olanların cəsədlərinin mübadiləsi barədə də danışıb.

O, bunu həm Azərbaycan, həm də Ermənistan tərəfi üçün həssas məsələ adlandırıb, prosesin Rusiya sülhməramlılarının nəzarətində olduğunu söyləyib: “Sülhməramlılarımız müasir texniki vasitələrlə axtarışları davam etdirirlər. Dağlıq Qarabağda əsas humanitar məsələlər həll olunub. Azərbaycan və erməni tərəfinin strukturları ilə daim təmasdayıq”.

Zaxarova Dağlıq Qarabağa erməni qaçqınların qayıdışının təmin olunmasından da danışıb: “Noyabrın 14-dən bu günə kimi qayıdan qaçqınların sayı 30 minə çatır. Gündəlik olaraq 1000-2000 qaçqının qayıdışı təmin olunur. Bu istiqamətdə müvafiq beynəlxalq strukturlarla işləyirik”. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO