Ermənistan Naxçıvana avtomobil yolunu açmağa hazırdır - Paşinyan BƏYAN ETDİ - VİDEO

Ermənistan Naxçıvana avtomobil yolunu açmağa hazırdır - Paşinyan BƏYAN ETDİ - VİDEO

Hazırda oxunan: Ermənistan Naxçıvana avtomobil yolunu açmağa hazırdır - Paşinyan BƏYAN ETDİ - VİDEO

41736

Nikol Paşinyan MDB Dövlət Başçıları Şurasının onlayn iclasındakı çıxışında regionda olan dialoq və düşmənçilik mühitinin aradan qaldırlmasındakı problemlərdən təəssüflənib. Onun fikrincə, bu problemi həll etməyin bir yolu var:

“Mövcud problemləri yalnız bütün regional nəqliyyat və iqtisadi kommunikasiyaları açmaqla həll etmək olar. Bu kontekstdə üçtərəfli bəyanatın şərtlərinə əməl etmək çox vacibdir”.

Bizim.Media xəbər verir ki, Ermənistanın baş naziri Paşinyan üçtərəfli işçi qrupları (Ermənistan-Rusiya və Azərbaycan baş nazir müavinləri) çərçivəsində bütün kommunikasiyaların açılması yönündə işlərin getdiyini qeyd edib.
 

MÖVZU İLƏ BAĞLI:

“Hətta pis sülh yaxşı müharibədən daha yaxşıdır” – Putin Qarabağdan SÖZ AÇDI - VİDEO


“Ümid edirik ki, yaxın gələcəkdə konkret nəticələr əldə olunacaq. Bu isə o deməkdir ki, Ermənistan Azərbaycan ərazisi ilə Rusiya ilə dəmiryol və avtomobil əlaqəsi, İranla dəmiryol xətti əldə edəcək. Azərbaycanı isə Ermənistan ərazisi ilə Naxçıvan Muxtar Respublikası ilə dəmiryol və avtomobil əlaqəsi olacaq”.

Bizim.Media

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO