"Azərbaycan ərazi bütövlüyünün qarşılıqlı tanınması şərti ilə sərhədlərin delimitasiyası üzrə Ermənistan ilə danışıqlara başlamağa hazırdır".
Bizim.Media xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Müstəqil Dövlətlər Birliyinin (MDB) Dövlət Başçıları Şurasının videokonfrans formatında keçirilən iclasından çıxışı zamanı bildirib.
MÖVZU İLƏ BAĞLI:
İlham Əliyevin MDB Dövlət Başçıları Şurasının iclasındakı çıxışı – TAM VİDEO
“Müharibə və münaqişə tarixdə qaldı. Biz ərazi bütövlüyünün qarşılıqlı tanınması şərti ilə sərhədlərin delimitasiyası və sülh razılaşması üzrə Ermənistan ilə danışıqlara başlamağa hazırıq. Qalib ölkə olaraq Azərbaycan Ermənistan ilə münasibətlərin normallaşdırılmasına hazırdır. Ümid edirik ki, Ermənistan rəhbərliyi bu tarixi şansı əldən qaçırmayacaq”, - deyə dövlət başçısı deyib.
Bizim.Media