Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Qoşulmama Hərəkatının 60 illik yubileyi ilə bağlı Belqradda keçirilən yüksək səviyyəli tədbir çərçivəsində İraqlı həmkarı Fuad Hüseyn ilə görüşüb.
Bizim.Media xəbər verir ki, görüşdə nazirlər iki ölkə arasında əlaqələrin genişləndirilməsi, o cümlədən iqtisadi sahədə əməkdaşlıq imkanlarını müzakirə ediblər. Turizm sahəsində əlaqələrin genişləndirilməsi potensialı vurğulanıb.
MÖVZU İLƏ BAĞLI:
Ceyhun Bayramovla fələstinli həmkarı arasında VACİB GÖRÜŞ – FOTO
Nazirlər bölgələrdəki ən son vəziyyətlə bağlı fikir mübadiləsi aparıblar.
Dayanıqlı sülh və təhlükəsizliyin təmin olunması üçün beynəlxalq hüquq prinsiplərinə ciddi riayət edilməsinin vacibliyi vurğulanıb.
Tərəflər, həmçinin qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə ediblər.
Bizim.Media