Müstəqillik Günü ilə bağlı müzakirələrə Tural Abbaslıdan ÖZƏL CAVAB

Müstəqillik Günü ilə bağlı müzakirələrə Tural Abbaslıdan ÖZƏL CAVAB

Hazırda oxunan: Müstəqillik Günü ilə bağlı müzakirələrə Tural Abbaslıdan ÖZƏL CAVAB

41237

Milli Məclisdə “Müstəqillik Günü haqqında” qanun layihəsi ikinci oxunuşda müzakirə olunur. Dünən də deputatlar bununla bağlı müxtəlif fikirlər səsləndirib.

Mövzu ilə bağlı Bizim.Media Ağ Partiyanın sədri Tural Abbaslıdan da münasibət alıb. 
 

MÖVZU İLƏ BAĞLI:

Erkin Qədirlidən Respublika günü ilə bağlı dəyişikliyə ETİRAZ 


Tural Abbaslı bildirib ki, respublika və müstəqillik günlərinin adlarının dəyişdirilməsi məsələsi cəmiyyətdə birmənalı qarşılanmayıb.

Buna səbəb isə bəzilərinin respublika sözünün götürülməsinin guya respublikamıza təhlükə ola biləcəyi fikrində olmasıdır:

“Amma mən qətiyyən belə düşünmürəm. Əslində iqtidardan gələn bu təklif normal olduğuna görə buna müsbət yanaşıram. Çünki faktiki olaraq 1918-ci il 28 mayda ölkəmiz ilk dəfə müstəqil olub və 1991-ci ilin 18 oktyabrında da müstəqilliyimizi bərpa etmişik. Zatən bu, Müqstəqillik Aktında da qeyd olunub ki, biz 1918-ci ildəki Azərbaycan Cümhuriyyətinin varisiyik”.

Tural Abbaslının fikrincə, bu baxımdan bizim müstəqillik günümüz 28 may 1918-ci ildir. Bu səbəbdən də respublika günü anlayaşı çox da başa düşülən deyil. Amma Müstəqillik Günü, yaxud Müstəqilliyin Bərpası Günü daha anlaşılandır:

“Mən əslində bu qanun layihəsinin və qəbul olunmasının tərəfdarıyam. Əsas odur ki, hər iki günə layiqli hörmət və diqqət ayrılsın. Hər iki gün qeyri-iş günü və bayram günü kimi qırmızı rənglə təqvimlərdə qeyd olunsun. Məktəblərdə, təhsil müəssisələrində, iş yerlərində bu günlərin mahiyyəti doğru-düzgün izah edilsin. Ümumən götürəndə, mən bu qanun layihəsinin əleyhinə deyiləm”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO