Deputat Razi Nurullayev Səhiyyə sistemini sərt şəkildə tənqid edib.
Bizim.Media xəbər verir ki, millət vəkili bu barədə Milli Məclisin bugünkü plenar iclasında deyib.
MÖVZU İLƏ BAĞLI:
“Bu deputatlara xüsusi imtiyazlar verilsin” – Razi Nurullayevdən TƏKLİF
O bildirib ki, ölkədə bu qədər səhiyyə qurumu var, ancaq heç biri digərinin sözünü eşitmir:
“Bir ölkədə 5 səhiyyə sistemi olanda o ölkədə xaos yaşanacaq. Səhiyyə Nazirliyi var, Təbib var və digər qurumlar var. Sığorta haqqında qanun qəbul edildi, amma işləmir. Bir evdə neçə nəfəri dövlətdən narazı salırlar”.
O, qeyd edib ki, mütləq bu sahədə islahatlar aparılmalıdır.
“Bir xəstəni bu qapıdan o qapıya futbol topu kimi atırlar. Xəstə qalır nə etsin? Hətta intihar edənlər də oldu. Bu ölkədə heç kim səhiyyədən razı deyil. Bir ölkədə bir səhiyyə qurumu olar, o birilər də onun kurasiyasında çalışar”.
Vüsalə Balayeva, Bizim.Media