“Müstəqillik üçün çalışanlar 200-300 manat təqaüdlə yaşayırlar” - DEPUTAT 

“Müstəqillik üçün çalışanlar 200-300 manat təqaüdlə yaşayırlar” - DEPUTAT 

Hazırda oxunan: “Müstəqillik üçün çalışanlar 200-300 manat təqaüdlə yaşayırlar” - DEPUTAT 

41111

“1991-ci ildə oktyabrın 17-də müstəqilliyimiz elan olunanda mən burada Milli Məclisdə foto çəkdirmişdim və qeyd etmişdim ki, bu mənim həyatımda ən xoşbəxt günüdür”. 

Bizim.Media xəbər verir ki, bu sözləri plenar iclasda deputat Sabir Rüstəmxanlı deyib.  
 

MÖVZU İLƏ BAĞLI:

Milli Məclisdə bu gün iki məsələ MÜZAKİRƏ OLUNACAQ 


O, bildirib ki, o zaman bir neçə deputat Sovetə qarşı səs vermədi. 

“O zaman 43 deputat bu müstəqilliyimiz üçün lehinə səs verdi, 360 deputat isə əleyhinə səs verdi. Dedilər ki, biz müstəqil ola bilmərik. Ancaq sonra işlər yoluna düşəndə, çoxu 43 deputatın yanında yer almaq istədilər”. 

Sabir Rüstəmxanlı çıxışı zamanı qeyd edib ki, vaxtilə müstəqillik üçün çalışanlar 200-300 manat təqaüdlə yaşayırlar. 

“Dəfələrlə onlar məhkəmələrə də müraciət ediblər, ancaq onlara xüsusi imtiyazlar, təqaüdlər təyin olunmayıb. Ona görə, düşünürəm ki, onlara xüsusi status verilməlidir”. 

Vüsalə Balayeva, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO