“Bu müxalifətdən nə “ana”olar, nə də “ata.””
Bu sözləri Moderator.az-a açıqlamasında Azərbaycan Sosial Demokrat Partiyasının sədri (ASDP) sədri Araz Əlizadə Rəsul Quliyevin dünən saytımıza danışarkən Müsavat və AXCP -nin ünvanına səsləndirdiyi “Xalq Cəbhəsi və Musavat Partiyalarının “ana müxalifət”lik iddiaları sonuncu prezident seçkisində qayaya dəyib parça- parça oldu, həmin parçaları toplayıb yenidən ”˜”™ana”™”™ müxalifət yaratmaqsa mümkün olmayacaq” kimi fikirlərinə münasibət bildirərəkən dilə gətirib.
Onun sözlərinə görə Rəsul Quliyev ilk dəfədir ki, tamamilə haqlıdır: “AXCP və Müsavat Partiyalarından artıq heç nə alınmaz. Lakin onu da qeyd edim ki, Rəsul Quliyevin özündən də heç nə alınmaz. "Kor kora "kor" deməsə bağrı çatlayar" misalı lap bu məqama yaraşandır!”





























































































