İran DİLİ – Tehranın çıxış yolları tükənir...

İran DİLİ – Tehranın çıxış yolları tükənir...

Hazırda oxunan: İran DİLİ – Tehranın çıxış yolları tükənir...

40603

Son həftələrdə Cənubi Qafqazda geosiyasi gərginlik müşahidə olunmaqdadır. Xüsusilə də, İranın start verdiyi “Xeybər Fatehləri” təlimləri vəziyyətin daha da ciddiləşməsinə gətirib-çıxarıb.

Belə ki, birbaşa olaraq Azərbaycana mesaj kimi qiymətləndirilən təlimlər regionun bütün aktorlarının bu və ya digər formada reaksiyasına səbəb olub. Son bir neçə gündə baş verən hadisələr və verilən açıqlamalar isə, region ölkələrinin sözügedən məsələdə mövqelərini aydın şəkildə nümayiş etdirib.

Belə ki...

İlk olaraq, Azərbaycan tərəfi İranın “sionizm” bəhanələrinə açıq şəkildə cavab verərək Tehranı yerinə oturtmağı bacarıb. Eyni zamanda rəsmi Bakı İranın digər təxribat xarakterli hərəkətlərinə də adekvat cavab verib. 

İkinci addım isə, Türkiyədən gəldi. Belə ki, Tehranın təlimlərə başlaması ilə birlikdə İranla sərhəddə qüvvələrini yönləndirən rəsmi Ankara, oktyabrın 5-də adıçəkilən ölkə ilə 4 sərhədi buraxılış məntəqəsini bağlamaqla Bakının yanında olduğunu açıq şəkildə nümayiş etdirdi.

Üçüncü vacib cavaba isə qonşu Gürcüstanın ifasında şahidlik etdik. Rəsmi Tiflis İran tırlarını sərhədlərindən içəri buraxmayaraq bir növ özünün siyasi mövqeyini də nümayiş etdirmiş oldu.
 

MÖVZU İLƏ BAĞLI:

İranın Azərbaycandakı səfiri təlimlərə AYDINLIQ gətirdi - "PLANLI OLUB" - FOTO


Növbəti önəmli nüans isə, Rusiya xarici işlər naziri Sergey Lavrov oktyabrın 6-da İranlı həmkarı ilə görüşdə Kremlin təlimlərlə bağlı mövqeyini ortaya qoyub.

Rusiya rəsmisi Cənubi Qafqazdakı hərbi fəaliyyətin artamsından həm ölkəsinin, həm də Azərbaycanın narahat olduğunu dilə gətirməklə “Xeybər Fatehləri”nə qarşı rəsmi Bakı ilə ortaq fikirdə olduğunu göstərib.

Hətta Ermənistan belə, təlimlər davam edərkən, post-müharibə dönəmində normallaşma istiqamətində önəmli addımlardan birini ataraq, Azərbaycana məxsus təyyarələrin ölkənin hava məkanından istifadə etməsinə razılıq verdi. 

Qeyd edək ki, İran Ermənistanın əksinə olaraq, Azərbaycandan Naxçıvana hərəkət edən hərbi təyyarələrin ölkənin hava məkanından istifadəsinə qadağa tətbiq etdi.

İranın bir atımlıq barıtı qalıb

Vəziyyətin bu formada cərəyan etməsi isə, rəsmi Terhanın regionda təklənməsinə gətirib çıxarır və bu yalnız ölkənin şimal-qərb qonşuları ilə deyil, önəmli əməkdşlıqları olan dövlətlərlə də münasibətlərinə zərbə vurur. Burda isə iki önəmli detalı qeyd etməkdə fayda var.

Birincisi, İranın bir sıra məsələlərdə ortaq və ya zidd maraqlarını paylaşdığı Türkiyə və Rusiya kimi önəmli söz sahibi olan ölkələrlər münasibətlərinə ciddi zərbə dəyir. Xüsusilə də, Əfqanıstan və Suriya məsələlərində toqquşan maraqlar fonunda Cənubi Qafqazda bu cür ciddi anlaşmazlıqların baş verməsi sadalanan dövlətlərin gələcək münasibətlərinə də təsirsiz ötüşməyəcək.

İkinci vacib məqam isə, İran iqtisadiyyatına vurula biləcək zərbənin miqyasıdır. Belə ki, onsuzda sanksiyaların böhranın astanasına gətirdiyi İranın əsas ticarət yollarının üzünə bağlanması Tehran üçün faciəvi nəticələr doğura bilər. Belə ki, Azərbaycanın Gorus-Qafan yolunu nəzarətə götürməsi ilə mənzil başına çata bilməyən yüzlərlə tırın, eyni zamanda Türkiyə kimi önəmli iqtisadi gücün iranlılara “stop” deməsinin üzərinə Ermənistan üzərindən gedən yük maşınlarına Gürcüstanın qoyduğu qadağanı gəldikdə İran üçün nə qədər böyük iqtisadi təhlükənin olduğunu başa düşmək olar.

Bütün baş verənlər isə, rəsmi Bakının uğurlu diplomatik gedişləri ilə bilavasitə bağlıdır. Ələxsus da, qonşu ölkələrin bu məsələdə eyni mövqeyi ortaya qoyması bunun əyani sübutudur. 

Belə olan halda isə, İranın regional siyasətini uzun müddət bu cür davam etdirməsi mümkünsüz görünür.

Murad Əhmədov, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO