Elə hadisələr baş verəcək ki... - “Status ermənilərin heç yadına düşməyəcək” – Oleq Kuznetsovdan ÖZƏL ŞƏRH

Elə hadisələr baş verəcək ki... - “Status ermənilərin heç yadına düşməyəcək” – Oleq Kuznetsovdan ÖZƏL ŞƏRH

Hazırda oxunan: Elə hadisələr baş verəcək ki... - “Status ermənilərin heç yadına düşməyəcək” – Oleq Kuznetsovdan ÖZƏL ŞƏRH

40558

Ermənistanla Azərbaycan arasında sülh müqaviləsi ilə bağlı danışıqlarda Qarabağdakı ermənilərin “status” mövzusu müzakirə olunmayacaq. Bəs ermənilər bunun əvəzində yeni hansı tələb irəli sürə bilərlər?

“Hazırda Ermənistanın siyasi, ideoloji, diplomatik, maddi-maliyyə, intelektual, insan baxımından resursları yoxdur ki, Azərbaycandan Qarabağ mövzusunda nəsə tələb etsin” deyən rusiyalı politoloq Oleq Kuznetsov Ermənistanın son ilki fəaliyyətini də dəyərləndirdi.

Bütün atılan addımlar beynəlxalq arenada İravənanın simasını necəsə saxlamağa hesablanıb. 

Bizim.Media ilə müsahibə zamanı Rusiyanın tarixçi və qafqazşünası onu da bildirdi ki, Azərbaycan hökuməti bütün potensial təhlükələri nəzərə alır və Bakının indi atdığı addımlar Ermənistanın gələcəkdə hansısa ərazi iddialarını mümkünsüzləşdirmək istiqamətindədir. 
 

MÖVZU İLƏ BAĞLI:

Erməniləri tarakana oxşadan Oleq Kuznetsov FTB-yə də söz atdı - FOTOFAKT


Buna görə də...

“Rəsmi Bakı sülh sazişinin bağlanmasında israrlıdır. Azərbaycanın dövlət sərhədləri ilə bağlı razılaşma üzrə işlərin tez başlamasını istəyir. Belə ki, Azərbaycan hökuməti Ermənistanla olan mübahisələri, narazılıqları problem kimi gələcək nəsillərə saxlamaq istəmir. Məqsəd 100 ildən çox mövcud olan Ermənistan-Azərbaycan konfliktini elə indi tamamlamaqdır. Bu o səbəbdən lazımdır ki, ötən ilki Qarabağ savaşında zəfər çalanların uşaqları bir daha bu problemi öz üzərlərində sınamasınlar.

Qarabağın erməni əhalisinin heç bir xüsusi statusu olmayacaq. Azərbaycandakı, Qarabağdakı erməni icması zamanla ancaq azalacaq.

Yeni doğulan ermənilər Azərbaycan cəmiyyəti tərəfindən assimilyasiya olunacaq. Yəni, azərbaycanlılara uyğunlaşacaq, xalqın dilini, mədəniyət və adətlərini mənimsəyəcək və bunun bir parçası olacaqlar. Nümunə kimi Azərbaycanın digər etnik icmalarını göstərmək olar: ruslar, ukraynalılar, talış, ləzgi və başqa milli azlıqlar var ki, hazırda özlərini azərbaycanlı (siyasi milliyyət) sayırlar. Bütün bunlar yaxın gələcəkdə erməni icmasını da gözləyir”.

Haşiyəyə çıxaraq qeyd edək ki, onsuz da Azərbaycanda 30 minə yaxın erməni yaşayır və onlar Azərbaycan cəmiyyətinə tam uyğunlaşıblar. Oleq Kuznetsovun sözünə əlavə olaraq qeyd edək ki, yeni doğulan ermənilərin də bu istiqamətdə problemi olmayacaq.

Bunu istəməyən ermənilərə gəlincə...

“Bununla razılaşmayanlar isə ya miqrasiya edəcək, ya da Azərbaycan cəmiyyətinin ciddi nəzarəti ilə əsri başa vuracaqlar. Yəni Azərbaycandakı ermənilərin xüsusi statusu ideyası bu ideyanı yaradanların nəsli ilə birgə öləcək. Düşünürəm ki, 10-15 ildən sonra nə vaxtsa status ideyasının olduğunu hər kəs unudacaq. Əlbəttə ki, kimlərsə kənardan bu haqda xatırlatmasalar”. 

Oleq Kuznetsov fikrinin sonunda vurğuladı ki, Ermənistanla Azərbaycan arasında mehriban qonşuluq əlaqələrinin qurulması, diplomatik əlaqələrin bərpası ilə başlayıb, sülh və dövlət sərhədi haqqında sazişin imzalanması ilə bitən proses regiona kənar müdaxilələr və “status” ideyasının qarşısına çəkilən hasar olacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO