Türkiyə Ermənistana hansı ŞƏRTİ QOYUB? - VİDEO

Türkiyə Ermənistana hansı ŞƏRTİ QOYUB? - VİDEO

Hazırda oxunan: Türkiyə Ermənistana hansı ŞƏRTİ QOYUB? - VİDEO

40540

“Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin imzalanması rəsmi İrəvanla normallaşamanın təmin olunması üçün əsas şərtdir”.

Bizim.Media xəbər verir ki, bu fikirlər Türkiyə Prezidentinin mətbuat katibi İbrahim Qalın tərəfindən səsləndirilib.
 

MÖVZU İLƏ BAĞLI:

ABŞ-ın Türkiyə ilə bağlı qorxunc PLANI – Ərdoğanın sözçüsü sirləri açdı – VİDEO  


Belə ki, Türkiyənin hazırki Cənubi Qafqaz siyasəti ilə bağlı danışan Prezidentin sözcüsü aparıcının “Qarabağ zəfərindən sonra Ermənistan tərəfinin Türkiyə ilə normallaşma niyyətləri nəzərə çarpır. Türkiyənin bu mövzuda müəyyən tərəddüdləri varmı?”, - sualına bu formada cavab verib:

“Türkiyə Ermənistanla əlaqələrin normallaşdırılmasına müsbət yanaşır. Bizim 1992-ci ildə Ermənistanla sərhədlərimizi bağlamağımızın tək səbəbi Qarabağın işğalı idi. İndi isə bu problem öz həllini tapıb. Ona görə də, Ermənistanla əlaqələrin qurulması üçün önümüzdə hər hansı maneə qalmayıb. Lakin regionda həllini gözləyən bəzi məsələlər var. Bildiyiniz kimi, atəşkəs əldə olunsa da sülh müqaviləsi bağlanmayıb. Bu nüans isə həm keçmiş münaqişə tərəfləri, həm də bizim üçün böyük əhəmiyyət kəsb edir. Hansı formada olmasından asılı olmayaraq, Azərbaycan və Ermənistan arasında sülhün təmin olunması əsas şərtdir”.

İbrahim Qalın rəsmi Ankaranın normallaşma müddətində rəsmi Bakının maraqlarına uyğun davranış sərgiləməsinin vacibliyinə də toxunub:
 

“Təbii ki, sülh müqaviləsi bütün regionda sabitliyin təmin olunmasına gətirib çıxaracaq. Buna nail olmadan isə, bizim və ya başqa aktorların hər hansı addımı atması normallaşma yönündə görüləcək işlərə mənfi təsir edə bilər.


Lakin hazırki gedişatı da müsbət qiymətləndirmək lazımdır. Çünki 2 il əvvəl indiki situasiyanın yaranacağını proqnozlaşdırmaq mümkün deyildi. Türkiyənin normallaşma yönündə atacağı addımlar sülh müqaviləsi ilə paralel şəkildə davam etdirilərsə, rəsmi Bakı tərəfindən də müsbət qarşılanacaq”.

İbrahim Qalın sülh müqaviləsinin Ermənistan üçün daha böyük fayda verəcəyini də sözlərinə əlavə edib.

Murad Əhmədov, Bizim.Media 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO