"Biz Qarabağda hərbi əməliyyatların dayandırılmasını alqışlayırıq" - NATO-nun Baş katibi

Hazırda oxunan: "Biz Qarabağda hərbi əməliyyatların dayandırılmasını alqışlayırıq" - NATO-nun Baş katibi

4043

"Əsas mesajımız ondan ibarətdir ki, münaqişənin həlli üçün siyasi prosesə ehtiyac var".

Bizim.Media xəbəri verir ki , bunu NATO-nun Baş katibi Yens Stoltenberq bu gün baş tutan NATO ölkələrinin XİN başçılarının virtual konfransından sonra keçirilən mətbuat konfransında Dağlıq Qarabağla bağlı verilən suala cavabında deyib.

"Biz döyüşün və şiddətin qarşısını almalıyıq. Əlbəttə ki, biz Dağlıq Qarabağda və onun ətrafında hərbi əməliyyatların dayandırılmasını alqışlayırıq. Bu, bizim əsas mesajımızdır".

"Azərbaycan və Ermənistan, hər iki ölkə NATO-nun partnyorlarıdır, lakin bildiyiniz kimi, NATO bu münaqişənin bir hissəsi, tərəfi deyil”, - Yens Stoltenberq əlavə edib. (apa)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO