"Avropa İttifaqı “Şərq tərəfdaşlığı” Proqramı çərçivəsində sabit, təhlükəsiz və çiçəklənən Cənubi Qafqazın olmasında maraqlıdır".
Bizim.Media bunu Avropa İttifaqının ölkəmizdəki nümayəndəliyinin yeni təyin olunmuş rəhbəri Petr Mixalko oktyabrın 6-da etimadnaməsini Azərbaycan Prezidenti İlham Əliyevə təqdim edərkən deyib.
"Nəzərdə tutulan Şərq Tərəfdaşlığı Sammitinə hazırlıq prosesində Azərbaycanın fəal iştirakını və töhfəsini səbirsizliklə gözləyirik. Biz, həmçinin ATƏT-in Minsk Qrupuna əlavə olaraq etimadın artırılması və sülhün qurulması prosesində üzərimizə rol götürməyə də hazırıq. Tərəflərin marağı olarsa, biz layihə imkanlarından istifadə edərək sərhədlərin delimitasiyası və demarkasiyası kimi sahələrdə təcrübəmizi bölüşməyi təklif edirik", - deyə, Petr Mixalko vurğulayıb.
Bizim.Media
- A-
- A
- A+
Siyasət
15:12 / 06.10.2021
Avropa İttifaqından Azərbaycana sərhədlə bağlı TƏKLİF
Hazırda oxunan: Avropa İttifaqından Azərbaycana sərhədlə bağlı TƏKLİF
Hazırda oxunan: Avropa İttifaqından Azərbaycana sərhədlə bağlı TƏKLİF
40395
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.