“Əgər Azərbaycanın İranla bağlı reaksiyasına diqqət yetirsək, bəli, müəyyən reaksiya olub. Amma indi hər kəs bu mövzudan uzaqlaşıb. Ali səviyyədə çox az adam reaksiya verir. Düşünürəm ki, bu düzgün davranış sistemidir. Çünki situasiyanın yaranmasına baxanda İranın narahatlığı ilə bağlı bir neçə səbəb görürük. Sionist təhlükəsini də əsas gətirirlər. Amma qəribədir, çünki İslam İnqilabı Keşikçiləri korpusunun minlərlə hərbçisi Suriyada İsraillə sərhəddə yerləşir. Yəni, əgər sionistlər onların xoşuna gəlmirsə, sionistləri Azərbaycanla sərhədə axtarmaq lazım deyil”.
Bizim.Media xəbər verir ki, bu sözləri gürcü politoloq Gela Vasadzenin sualına cavab olaraq Azərbaycanın eks xarici işlər naziri Tofiq Zülfüqarov səsləndirib.
MÖVZU İLƏ BAĞLI:
“Delimitasiyadan əvvəl sərhədimizi möhkəmləndirməliyik” – Erməni general-mayor
Tofiq Zülfüqarovun sözlərinə görə, İranın sionist əsaslandırmaları inandırıcı səslənmir. Yəni sual yaranır ki, sionistləri İsraildən min kilometr aralıda niyə axtarırlar? İkinci məsələ Ermənistana ordu yerləşdirməklə bağlıdır:
“Məgər onlar görmürlər ki, Ermənistanı Rusiya sərhədçiləri müdafiə edir? Həm də Ermənistan KTMT-nin məsuliyyət zonasına aiddir. İran narahat olub ki, birdən KTMT öz vəzifəsinin öhdəsindən gələ bilməz? Bu da inandırıcı məsələyə oxşamır”.
Tofiq Zülfüqarovun cavabının davamı videoda:
Bizim.Media