İnsan haqları müdafiəçisi Emin Milli siyasi-iqtisadçı, professor Anar Əhmədovla müharibədən sonra Azərbaycanın iqtisadi və siyasi inkişafı barədə müzakirə aparıb.
Müsahibə zamanı bəzi maraqlı nüanslara toxunulub. Bizim.Media bu söhbətdən bəzi seçmələri təqdim edir:
Müharibədən sonrakı yerləşdirmə siyasətindən danışan A.Əhmədov, Azərbaycanı 90-cı illərdə ermənilərin etdikləri səhvləri təkrarlamamağa çağırıb.
“Azərbaycan yalnız, ermənilərin 90-cı illərdə etdiyi səhvləri təkrarlamasa qalib olar. Azərbaycan 90-cı illərdə alçaldıldı, əzab çəkdi, yas tutdu, erməni diasporası tərəfindən yaradılan böyük qərəzlə qarşılaşdı. Ölkə demək olar ki, bu vəziyyətdə tək qalmışdı. Fikrimcə, Azərbaycan Ermənistana və ermənilər qarşı hörmətlə rəftar etməlidir.
Əlbəttə bu o demək deyil ki, biz arxaya söykənib, onlara layiqli cavablarını verməməliyik. Qarabağ problemini köklü həll etmək üçün Azərbaycan daha əvvəl edə bilmədiyi islahatları qarşısına məqsəd qoymalıdır. Yalnız bu islahatlar məqsəd seçilsə, erməni vətəndaşlarının Azərbaycana geri qayıtmaq stimulu olar”,- deyə, o, qeyd edib.
Azərbaycanın gələcək inkişaf strategiyasından danışan iqtisadi-siyasi ekspert ölkədə eyni zamanda bütün sahələrdə islahatların tələb olunduğunu da vurğulayıb.
“Azərbaycan qazandığı daxili siyasi kapitalı müəyyən sektorlardakı islahatlara yönəltməlidir. Ölkədə ilk olaraq iqtisadi islahatlar həyata keçirilməlidir. Xüsusilə müəyyən sektorları şaxələndirib, monopoliyaları aradan qaldırmaq lazımdır. Bu çox önəmlidir. Bu həm də dövlətə Qafqaz regionunda və onun xaricindəki ticarət əlaqələrinə sahiblənməyə kömək edəcək. İkincisi, Azərbaycanın xaricində olan və ölkəyə qarşı qərəzli olan tərəflərə kənarda ölkə haqqında avtoritar siyasi sistemi barədə hekayələr danışmaq çox sərf edir. Ona görə dövlətdə xüsusi siyasi azadlıqlar olmalıdır''.
''Məsələn mediada məhdudiyyətlər azaldılmalıdır, vətəndaş cəmiyyəti yaradılmalıdır. Siyasi azadlıqlar hər iki ölkədə hərbi eskalasiyanın qarşısını almaq üçün vacibdir. Azərbaycan tədricən siyasi liberallaşmaya doğru getməlidir ki, enerjini doğru istiqamətə yönlədirmək mümkün olsun. İslahatların içində mütləq şəkildə təhsil sistemi də olmalıdır. Təhsil sistemi yeni informasiya müharibəsinə hazırlaşan propaqanda maşını olmamalıdır. Burada “high-tech” bacarıqlarına ehtiyac var. Yalnız yaxşı təhsil sistemi bu bacarıqları istehsal edə bilər”,- deyə o, bildirib.
Qarabağı yenidən qurmaq üçün böyük yatırımlara ehtiyac olduğunu deyən professor, bu planın strateji mövqeyi barədə də danışıb.
“Qarabağı yenidənqurması üçün Azərbaycanın yetərincə vəsaitə sahibdir. Sonuncu hesablamalara görə, dövlət neft fondunun büdcəsi 40 milyard ABŞ dolları təşkil edirdi. Yenidənqurma işləri 10 milyard dollar vəsait tələb edir. Burada torpaqların minadan təmizlənmə prosesi var''.
''Ancaq bütün resurslar yenidənqurmaya xərclənə bilməz. Bəs, bu vəsait haradan gəlməlidir? Əlbəttdə ki, başlanğıc olaraq, bu neft fondundan gələcək. Ancaq bu vəsait bütövlüklə Azərbaycanın valyuta ehtiyatlarından gəlməməlidir. Bunun üçün ölkədə xüsusi iqtisadi liberallaşma olmalıdır''.
''Məsələn düşünürəm ki, müəyyən vəsaitlər beynəlxalq təşkilatlardan əldə oluna bilər. Dünya Bankı, AYİB və digərlərinin genişmiqyaslı infrastruktur layihələri olur. Onları inandıra bilsək, Qarabağın inkişafına cəlb edə bilərik. Bu da o ərazilrədə iqtisadi fəaliyyəti genişləndirməyə kömək edəcək. İnfrakstruktur və yenidənqurma olmadan iqtisadi fəaliyyət mümkün deyil''.
''Bundan başqa, Azərbaycan diasporaları da bu işdə öz töhvələrini verməlidir. Onların intelektual, maddi resursları var. Ölkəyə geri gətirə biləcəkləri sosial kapitalları var. Ölkədə investorlar üçün təhlükəsiz və etibarlı investisiya mühiti yaratmaq lazımdır”.
Daha sonra professor Azərbaycanın siyasi islahatlara hazır olmasının zəruriliyini qeyd edib. Azərbaycanın 20-30 il ərzində dünyanın inkişaf etmiş ölkəsi ola bilərmi mövzusuna toxunarkən o, bildirib ki, düzgün strategiya qurulsa, ölkənin bunun üçün böyük potensialı var.
“Ölkədə güclü iqtisadi islahatların aparılması vacibdir. Azərbaycan neft sektorunda böyük inkişaf yolu keçib. Ancaq bu kifayət deyil. Əgər biz bu gün kompüter düzəldən işçi qüvvəmiz var deyə bilmiriksə, demək ki, hələ üzərində çalışacağımız məsələlərimiz çoxdur. Bundan başqa hazırda cəmiyyətdə enerji və azalan neft-qaz gəlirlərini nəzərən ölkə istehsalata dayanan iqtisadiyyata keçid etsə, bu gələcəkdə bizi inkişafa doğru apara bilər.
Daha sonra ölkədə turizm sektorunda da inkişaf getməlidir. Dünyada pandemiyadan bitəndən və vəziyyət stabilləşəndən sonra bunu Qarabağ ətrafında da inkişaf etdirmək olar. Bu sahənin də öz incə nüansları var. Bu sektora turist cəlb etmək üçün qimətlər mütləq şəkildə münasib olmalıdır”.
Geniş müsahibəni sizə təqdim edirik.
Vüsalə Balayeva, Bizim.Media