VASADZE: “Ümid edək ki, qanlı qarşıdurmalar olmayacaq” - ÖZƏL

VASADZE: “Ümid edək ki, qanlı qarşıdurmalar olmayacaq” - ÖZƏL

Hazırda oxunan: VASADZE: “Ümid edək ki, qanlı qarşıdurmalar olmayacaq” - ÖZƏL

39815

“Düzdür, Saakaşvilinin dünənki həbsi ölkədə ciddi siyasi təzyiqlər yaradıb, ancaq mən onun həyatına hansısa təhlükənin olmasını ehtimal etmirəm”.

Bu sözləri Gürcüstanın “Azad zona” qeyri-hökumət təşkilatının sədri, vaxtilə B. İvanaşvilinin müşaviri çalışmış, politoloq Gela Vasadze Bizim.Media-ya özəl açıqlamasında bildirib.
 

MÖVZU İLƏ BAĞLI:

Saakaşvili həbsxanada öldürüləcək? – Tərəfdarları “COVİD-ə yoluxdurulacaq” deyirlər


O, həmçinin qeyd edib ki, Saakaşvilinin həyatına təhlükə ancaq öz başlatdığı aclıq aksiyası ola bilər:

“Düşünürəm ki, Saakaşvilinin həyatına ancaq özünün siyasi təzyiqlərə qarşı başlatdığı aclıq aksiyası təhlükə yarada bilər. Digər amillərin olma ehtimalı isə demək olar ki, mümkünsüzdür”.

Politoloq son hadisələrin Gürcüstanda çevriliş və qanlı qarşıdurmaların yaratması ehtimalından da danışıb.

“Əslində bu gün bizim ölkəmizdə hər bir şeyin baş verməsini gözləmək olar. Ümid edirəm ki, heç bir qanlı qarşıdurma baş verməyəcək. Lakin iyulun 5-də radikal qüvvələrinin aksiya zamanı media nümayəndələrini vəhşicəsinə döymələrini nəzərə alsaq, vəziyyəti təhlükəli hesab etmək olar. Ona görə biz xalq olaraq mütləq hadisələr qarşısında soyuqqanlılıq nümayiş etdirib, ixtişaşlara getməməliyik”.

G.Vasadze həmçinin qeyd edib ki, Saakaşvilinin tərəfdarları onu sona qədər dəstəkləyirlər və onlar buna bütün qüvvələri ilə hazırdırlar. 


“Onu istəməyən qüvvələr isə əksinə çalışırlar ki, insanları fikirlərindən yayındırsınlar. Zaman kimin haqlı, kimin isə yanlış yolda olduğunu göstərəcək. Görək, proseslər hadisələri hansı yönə aparacaq”.

Sonda siyasi analitik qeyd edib ki, hazırda Gürcüstanda referendum keçirilir. Gürcüstanın 3-cü prezidenti Mixeil Saakaşvilinin həbsi ilə nəticələnən son hadisələri nəzərə almasaq seçkilər nisbi sakitliklə davam edir. Onun fikrincə, ölkədə yaşanan son hadisələr insanları seçkilərdə daha fəal iştirak etməyə sövq edib, ona görə bu gün keçirilən səsvermə çox aktiv şəraitdə davam edir.

Vüsalə Balayeva, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO