Prezident Paşinyanla görüşü barədə - “O hazır olanda...” - VİDEO

Prezident Paşinyanla görüşü barədə - “O hazır olanda...” - VİDEO

Hazırda oxunan: Prezident Paşinyanla görüşü barədə - “O hazır olanda...” - VİDEO

39801

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin İspaniyanın EFE informasiya agentliyinə müsahibə verdiyi barədə məlumat vermişdik. 

Bizim.Media xəbər verir ki, Dövlət başçısı jurnalistin erməni baş nazir Nikol Paşinyanla görüş barədə sualını cavablandırıb. 
 

MÖVZU İLƏ BAĞLI:

Prezident İspaniya agentliyinə müsahibə verib - VİDEO


Prezident danışığa hər zaman hazır olduğunu bildirib: 

"Bizim bir görüşümüz olmuşdur və o, Rusiya Prezidenti Vladimir Putinin dəvəti əsasında bu ilin əvvəlində üçtərəfli formatda keçirilmişdir. Mən cənab Paşinyanla o, hazır olanda istənilən zaman danışmağa hazıram". 

İlham Əliyev müzakirələrə açıq olduğunu xüsusi vurğulayıb. 

"Beləliklə, mən bu müzakirələrə açığam və hesab edirəm ki, bu, müharibənin bitdiyinin və həmin səhifənin çevrildiyinin yaxşı göstəricisi ola bilər. Bu, çox vacibdir. Çünki biz hələ də Ermənistan siyasi isteblişmentində revanşizm cəhdlərini nümayiş etdirən bəyanatları, tarixən və beynəlxalq hüquq əsasında bizə məxsus olan əraziləri təkrar ələ keçirmək üçün gələcək planların qurulması cəhdlərini görür və eşidirik. Buna görə, Ermənistan hökumətinin iradəsi, ciddi iradəsi, təkcə sözlər, bəyanatlar yox, əməllər müharibənin bitməsini və bizim sülh dövrünə doğru irəlilədiyimizi nümayiş etdirəcək", - deyə, Prezident bildirib. 

Bizim.Media

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO