İran rusların əli ilə azərbaycanlılara necə divan tutdu? – TARİXİ FAKTLAR

İran rusların əli ilə azərbaycanlılara necə divan tutdu? – TARİXİ FAKTLAR

Hazırda oxunan: İran rusların əli ilə azərbaycanlılara necə divan tutdu? – TARİXİ FAKTLAR

38681

Azərbaycan tarixində ən mühüm hadisələrdən biri azadlıq hərəkatları sırasında yer alan Məşrutə hərəkatıdır. 1905-1911-ci illərdə İranda şah rejiminə qarşı baş verən inqilab tarixə İran inqilabı və ya Məşrutə hərəkatı kimi düşüb. 

Bizim.Media xəbər verir ki, 19 mart 1910-cu ildə Səttar xanın rəhbərliyi ilə Tehrana yürüş başlandı. 
 

MÖVZU İLƏ BAĞLI:

İranın Azərbaycandakı səfiri təlimlərə AYDINLIQ gətirdi - "PLANLI OLUB" - FOTO


Səttar xan və Bağır xanın fədai dəstələri

Təbrizdən Tehrana yola düşdü. Lakin İran monarxiyasının Rusiyanı köməyə çağırması ilə inqilab 1911-ci ildə süqut  etdi və Təbrizə daxil olan rus qoşunları inqilabçılara divan tutdular. 1905-1911-ci illərdə baş vermiş Məşrutə hərəkatında çoxlu sayda insan canını qurban verdi.

Xalq qəhrəmanı Səttarxan...

1905-1911-ci illər İran Məşrutə inqilabında Güney Azərbaycan aparıcı və həlledici rol oynadı. Həmin dövrdə mətbuat inkişaf etdi, müxtəlif qəzetlər nəşr olunmağa başladı. Məşrutə hərəkatında Səttarxanın tarixi rolu, sərkərdəlik məharəti danılmazdır. Təsadüfi deyil ki, ötən yüz ilin əvvəllərində Rusiyada çıxan “Novaya Vremya” dərgisi Səttarxanı “Xalq qəhrəmanı”, İtaliya mətbuatı isə “İranın Hannibalı” adlandırırdı. 

Səttarxan Təbrizə dönən vaxt artıq Təbriz rejim əleyhinə ayağa qalxmış və onun bütün siyasi sütunlarını silkələməyə başlamışdı. 

Xalq hərəkatının xofu qarşısında millətə məşrutə azadlıqları vəd edən Müzəffərəddin şahdan fərqli olaraq taxt-taca gələn Məhəmmədəli şah atasının millətə verdiyi vədləri yerinə yetirmək əvəzinə, əcnəbi silahına söykənib xalqa divan tutmağa başladı, eyni zamanda İranı nüfuz dairəsinə çevirmək haqda 1907-ci il İngiltərə-Rusiya sövdələşməsinə razı oldu. Bunun ardınca 1908-ci il iyun ayının 23-də xalq elçilərinin toplandığı məclis top atəşinə tutuldu. Ölkədə kütləvi həbslər və təqiblər başlandı.

Məşrutə hərəkatına ağır zərbə endirildiyi, verilmiş nisbi azadlıqların əldən alındığı, Əncümənlərin qapılarına qıfıl vurulduğu ağır günlərdə Azərbaycan, onun baş şəhəri Təbriz ayağa qalxdı. Kütləni mübarizəyə qaldırmaqda və mütəşəkkil hücumu təşkil etməkdə Səttarxan və onun silahdaşları başda olmaqla “Mərkəze-Qeyb”in, Müdafiə Şurasının və Təbriz əncüməninin böyük və danılmaz xidmətləri olub.

Məşrutə qəhrəmanlarından Səttar xan, Bağır xanla yanaşı onların vəfalı silahdaşları Əli Müsyo, Heydər xan Əmioğlu, Şeyx Məhəmməd Xiyabani, yadların əli ilə dara çəkilmiş din xadimi Siqətülislam Təbrizi, Məmmədtağı xan, canını və bütün sərvətini Məşrutə yolunda qoymuş Hacı Mehdi Kuzəkünani, son nəfəsə qədər Məşrutə bayrağını yerə qoymayan Həsən xan Bağban, onun qardaşı Hüseyn xan Bağban, “Mərkəzi qeybin rəhbərləri, fəalları (Hacı Rəsul Sədəqyani , Hacı Əli Davafuruş, Seyid Həsən Şərifzadə, Məhəmmədəli Tərbiyət, Cəfərağa Gənceyi, Mir Bağır ağa, Mirəli Əsgəri, Ağanağı Şücai, Məhəmməd Sadiq Xameyni və s.) və minlərlə məşrutə qəhrəmanlarının adlarını çəkmək, onların xatirəsini yad etmək müqəddəs bir borcdur.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO