ATƏT-dən Azərbaycan və Ermənistan XİN başçılarının görüşü barədə AÇIQLAMA 

ATƏT-dən Azərbaycan və Ermənistan XİN başçılarının görüşü barədə AÇIQLAMA 

Hazırda oxunan: ATƏT-dən Azərbaycan və Ermənistan XİN başçılarının görüşü barədə AÇIQLAMA 

38619

ATƏT-in Minsk qrupunun həmsədrləri Endrü Şofer (ABŞ), Stefan Viskonti (Fransa) və İqor Xovayev (Rusiya) rəsmi Bakı və İrəvana gərginliyin azaldılması üçün görüləcək tədbirlər, eləcə də atılacaq addımlarla bağlı təkliflər irəli sürüb. 

Bizim.Media xəbər verir ki, bu barədə ATƏT-in saytında bildirilib. 

BMT Baş Assambleyasının 76-cı sessiyası çərçivəsində Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov, Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan və həmsədrlərin görüşündə həll edilməyən bir sıra məsələlərin müzakirə olunduğu vurğulanıb. 

ATƏT təmsilçiləri bu addımı müsbət dəyərləndirib.

Həmsədrlər hər iki ölkənin xarici işlər nazirlərinin 2020-ci ilin noyabrından bəri keçirilən ilk görüşünü alqışlayıblar və mandatlarına uyğun olaraq bütün qalan məsələlərin hərtərəfli həllini tapması üçün tərəflərlə işləməyə davam etməyə sadiq qaldıqlarını bildiriblər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO