Azərbaycan və Qırğızıstan diasporları arasında görüş keçirildi

Azərbaycan və Qırğızıstan diasporları arasında görüş keçirildi

Hazırda oxunan: Azərbaycan və Qırğızıstan diasporları arasında görüş keçirildi

38504

Ukrayna Azərbaycanlıları Radasının (UAR) Kiyev şəhərindəki mərkəzi ofisində bu ölkədə fəaliyyət göstərən qırğız diasporunun nümayəndələri ilə görüş keçirilib. 

Bizim.Media xəbər verir ki, görüşdə UAR baş katibi Ceyhun Məmmədov, Qırğızıstan Ticarət və Sənaye 

Palatasının Ukrayna, Rumıniya, Bolqarıstan və Moldova Respublikasındakı nümayəndəsi Azamat İsmayilov, qırğız diasporunun rəhbəri Şerali Janaliev və "Amin Trading" şirkətinin qurucusu Suyunbek Mirzakanov iştirak ediblər. 

Danışıqlar zamanı diasporlararası əlaqələrin gücləndilməsi və perspektivləri ətrafında fikir mübadiləsi aparılıb, "Fikirdə, sözdə və işdə birlik" ideyası ətrafinda türkdilli ölkələrin diasporlarının bir araya gəlməsinin, diaspor quruculuğu sahəsindəki təcrübə və imkanlar mübadiləsinin vacib olduğu vurğulanıb. 

Azərbaycanın zəfəri ilə bitən II Qarabağ müharibəsinin ildönümünün yaxınlaşdığını nəzərə çatdıran C.Məmmədov qonaqları 27 sentyabr 2021-ci il tarixində UAR-ın ofisində təşkil olunacaq fotosərgiyə dəvət edib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO