Prezident

Prezident "Bayraktar" PUA-ları ilə bağlı yeni məlumat AÇIQLADI

Hazırda oxunan: Prezident "Bayraktar" PUA-ları ilə bağlı yeni məlumat AÇIQLADI

38490

Azərbaycan Prezidenti İlham Əliyev “Natsionalnaya oborona” jurnalına eksklüziv müsahibəsində müharibədə türk pilotsuz uçuş aparatlarının rolundan danışıb. 

Bizim.Media xəbər verir ki, Prezident itkilərin minimuma endirilməsində “Bayraktar ТВ2” PUA-larının böyük rolu olduğunu bildirib. 
 

MÖVZU İLƏ BAĞLI:

Azərbaycan bu şirkətlərə qarşı hüquqi tədbirlərə başladı - Prezident


“Bayraktar ТВ2” PUA-larından istifadə İkinci Qarabağ müharibəsi zamanı hərbi əməliyyatların aparılmasında, Silahlı Qüvvələrin hücumuna dəstək verilməsində, yeni mövqelərin əldə olunmasında, həmçinin itkilərin minimuma endirilməsində Azərbaycana çox kömək etdi. 

Müharibə zamanı 366 tank məhv etdik və ya qənimət kimi götürdük, böyük sayda digər zirehli texnika və artilleriya silahı məhv etdik.

“Bayraktar ТВ2” PUA-ları düşməni vahiməyə salırdı, bu səbəbdən qənimət kimi götürdüyümüz tankların bir qismi qeyri-döyüş şəraitində əldə olunub. Erməni ekipajları “Bayraktar ТВ2” PUA-larından elə qorxurdular ki, hansısa mövqeyə çıxdıqdan sonra tanklarını tərk edib qaçırdılar”, - dövlət başçısı deyib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO