Prezident bu əməliyyatı zəfərin ən yüksək zirvəsi ADLANDIRDI – “Bizi orda gözləmirdilər”

Prezident bu əməliyyatı zəfərin ən yüksək zirvəsi ADLANDIRDI – “Bizi orda gözləmirdilər”

Hazırda oxunan: Prezident bu əməliyyatı zəfərin ən yüksək zirvəsi ADLANDIRDI – “Bizi orda gözləmirdilər”

38477

“İlk uğurlarımız həm hərbi əməliyyatların aparılması, həm də Azərbaycan Silahlı Qüvvələrinin mənəvi ruhu baxımından çox vacib rol oynadı. Düşünürəm ki, İkinci Qarabağ müharibəsi məhz uğura aparan amillər baxımından son dərəcə nümunəvidir”. 

Bizim.Media xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev “Natsionalnaya oborona” (Milli müdafiə) jurnalına eksklüziv müsahibəsində bildirib. 
 

MÖVZU İLƏ BAĞLI:

Azərbaycan bu şirkətlərə qarşı hüquqi tədbirlərə başladı - Prezident


Dövlət başçısı Hadrut əməliyyatının vacibliyinə diqqəti cəlb edib:

“Bizi orada gözləmirdilər, Ermənistan tərəfi bizim o istiqamətdə irəlilədiyimizi güman etmirdi. Bu, düşmən üçün tam gözlənilməz oldu. Hadrutu ələ keçirdiyimizdən bir neçə gün sonra belə onlar şəhərə nəzarət etdiklərini iddia edirdilər. Hadrutun hakim yüksəkliklərində bizim döyüşçülərin olduğu bir zamanda ermənilər şəhərin ələ keçirilib -keçirilməməsi məsələsinə bir qədər diletant yanaşırdılar. Hadrut ətrafındakı bütün hakim yüksəklikləri ələ keçirdikdən sonra şəhərin taleyi mahiyyət etibarı ilə həll edilmişdi. Bizim mümkün qədər az itkilərlə şəhərə fiziki daxil olmağımız vaxt məsələsi idi. Hərbçimizin şəhər administrasiyasının binası üzərinə Azərbaycan bayrağını taxması və mənə məruzə etməsi ilə bağlı görüntülər televiziyada yayımlandıqdan sonra Ermənistan tərəfinin nağıl uydurmaq üçün heç bir əsası qalmadı". 

“Zəfərimizin ən yüksək zirvəsi Şuşa əməliyyatı oldu. Zəfər yolu ilə Şuşaya gələn hər kəs bizim ora haradan getdiyimizi görə bilər.

Bu, fiziki və mənəvi səylərin inanılmaz səfərbərliyi idi. Günlərlə meşədə, yolsuzluq şəraitində, yüngül silahlarla, yorulmadan irəliləmək və sonra Şuşa şəhərini azad etmək misilsiz rəşadət, əsl qəhrəmanlıq nümunəsidir. Təbii ki, Şuşanın azad edilməsi düşmənin belini qırdı, onlar demək olar, bundan sonra təslim oldular!”, - Prezident deyib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO