“Əsl həqiqət budur ki, İran Azərbaycanın Ermənistan üzərində qələbəsini qəbul edə bilmir. Ümumən ərazilərimizin işğal altında olması konteksində İrəvan-Tehran münasibətlərinin daima yüksək səviyyədə olması faktiki bizə qarşı təzyiq kimi istifadə olunurdu. Amma Azərbaycan Qarabağ məsələsini həll etdikdən sonra İranın əlində artıq arqument qalmır. Ona görə də hər vasitə ilə Azərbaycana qarşı niyyətlərini açıb ortaya qoyublar”.
Bizim.Media xəbər verir ki, bunu Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu İranın Araz boyu hərbi təlimlərə başlamasını şərh edərkən deyib.
MÖVZU İLƏ BAĞLI:
Ərdəbil imamı Azərbaycanı hədələdi – VİDEO
Sərdar Cəlaloğlu bildirib ki, dünyada hərbi təlimlərin mesajlardan biri qarşı tərəfə güc-əzələ nümayiş etdirmək və ya revanş niyyətlərini ortaya qoymaqdır:
“Amma tam səmimi deyim ki, bu kimi davranışların heç biri mənası yoxdur. Bundan əvvəl Pakistan İrana xəbərdarlıq edib, deyib ki, elə etməyin ki, sərhədlərinizə daxil olaq. İran bizə qarşı hər hansı bir addım atdığı anda Pakistan qoşunları böyük ehtimalla Tehranda olacaq. Odur ki, İran bu cür addımlardan çəkinməlidir. Həm də biz XXI əsrdə yaşayırıq. Belə davranışlarla dövlətləri çəkindirmək mümkün deyil”.
Bizim.Media