Paşinyan “Bayraktar”ı vurmaqdan imtina edib? – 44 günlük savaşın DAHA BİR SİRRİ 

Paşinyan “Bayraktar”ı vurmaqdan imtina edib? – 44 günlük savaşın DAHA BİR SİRRİ 

Hazırda oxunan: Paşinyan “Bayraktar”ı vurmaqdan imtina edib? – 44 günlük savaşın DAHA BİR SİRRİ 

37779

Bir ilinin tamam olmasına bir həftə qalan Azərbaycanın Zəfər Savaşı, Vətən Müharibəsi haqqında məxfi qalan nüanslar var. Onlardan biri də İranın Ermənistana göstərdiyi yardımın təfərrüatı və ictimaiyyətə açıqlanmayan fars-erməni danışıqlarıdır. 

Bizim.Media xəbər verir ki, “Hay Dat”ın Tehrandakı ofisinin rəhbəri İsahak Yunanesyan belə sirlərdən birini öyrənib və yayıb.
 

MÖVZU İLƏ BAĞLI:

“Paşinyan bərabər tərəfdaş kimi qəbul edilmir” – Rusiyalı türkoloq


Belə ki, İran hakimiyyəti 44 günlük müharibədə Ermənistana bir cihaz təklif edib. Guya ki, həmin aparat vasitəsilə Nikolun məğlub ordusu Türkiyənin “Bayraktar” PUA-nı sıradan çıxara biləcəkdi. Lakin İrəvan bundan imtina edib və Paşinyanın bu addımı İranda tərs şillə effekti yaradıb. 

Ekspertlərin fikrincə, yayılan informasiya doğrudursa, bunun bir neçə səbəbləri var:

1. Ermənistan hərbi və iqtisadi cəhətdən Rusiya-İran asılılığından çıxmaq istəyir. Bunun isə ən rahat və asan yolu Türkiyə vasitəsilə Avropaya açılmaqdır.

2. Paşinyan da qərbyönümlü siyasətçi kimi Ermənistanın gələcək uğurlarını təkcə İranın dəstəyinə bağlamaq istəmir. Çünki beynəlxalq layihələrin iştirakçısı olmaq üçün əvvəlcə regionda möhkəmlənmək lazımdır. Bölgənin indiki durumunun əsas iqtisadi oyunçuları isə Türkiyə, Gürcüstan və Azərbaycandır. 

3. Nikolun İrana “otval” verməsinin başlıca səbəbi isə odur ki, 44 günlük müharibəni “Bayraktar” yox, Azərbaycan ordusu qazandı. Əlbəttə ki, dronların da hərbçi itkilərinin minimum olması və əməliyyatların daha sürətli aparılmasında böyük rolu oldu. Amma XXI əsrin hərb tarixinə dron savaşı ilə yanaşı, Şuşa əməliyyatı da yazıldı. Həmin əməliyyat zamanı Azərbaycanın xüsusi təyinatlıları Şuşanı artileriya, dron və başqa dəstəklər olmadan əlbəyaxa şəkildə geri aldılar.

Mütəxəssislər həmçinin fikirləşirlər ki, belə xəbərlər İran və Ermənistanın bənzər ideoloji institutlarının qalib tərəfdə özgüvəni sarsıtmağa hesablanmış “maxenasiya”larıdır. Çünki 44 günlük savaşdan sonra Türkiyə “Bayraktar”ını almaq istəyən ölkələrin siyahısı artdı.

Bu isə qardaş ölkənin hərbi gücünün və gəlirlilik imkanlarının artması deməkdir. Bu isə Ankaraya qısqanc yanaşan dövlətlərə sərf etmir. 
 

P.S. Rusiya da guya havada “Bayraktar”ı məhv edə bilən dronlar hazırlayıb. Hər halda İranın da belə aparatı olsaydı, Moskva və Tehran “Sputnik V” vaksini kimi bu sahədə də əməkdaşlıq edərdi.


Hələ “Bayraktar”ın oturub onları gözlədiyi fikrindən də çox uzağıq, çünki Türkiyənin yeni nəsil PUA-ları haqda məlumatlar da kifayət qədərdir.

Anar Rəhimov, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO