Azərbaycanlılar Kanadanın XİN rəhbəri ilə görüşdülər

Azərbaycanlılar Kanadanın XİN rəhbəri ilə görüşdülər

Hazırda oxunan: Azərbaycanlılar Kanadanın XİN rəhbəri ilə görüşdülər

3732

Noyabrın 26-da Kanadalı Azərbaycanlılar Şəbəkəsinin (KAŞ) üzvləri Kanadanın xarici işlər naziri Fransua-Filip Şampeyn ilə görüşüblər.

Bizim.Media əbər verir ki, görüşün əsas məqsədi İkinci Qarabağ müharibəsi barədə kanadalı azərbaycanlıların fikirlərini xarici işlər nazirinə çatdırmaq olub.

Görüş zamanı bildirilib ki, Kanadalı Azərbaycanlılar Şəbəkəsi Kanadanın sözügedən münaqişəyə dair mövqeyini yaxından izləyir.

Kanada vətəndaşları olaraq bu ölkənin siyasətinin formalaşmasında azərbaycanlıların da fikirlərinin eşidilməsi Kanadanın xarici siyasətinin daha ədalətli və qərəzsiz olmasına xidmət edir.

Bundan əlavə, işğaldan azad edilmiş ərazilərin reabilitasiyası və minalardan təmizlənməsi işlərində Kanadanın yardım etməsinin mümkünlüyünə baxılması nazirdən xahiş edilib.

Nazir Şampeyn deyilən fikirləri diqqətlə dinləyib, baş vermiş müharibədə insan həyatının itirilməsini fəlakət adlandırıb və müharibə başlayan ilk gündən etibarən hərbi əməliyyatların dayandırılması üçün səy göstərdiyini bildirib.

O, eyni zamanda, kanadalı azərbaycanlıların sözügedən münaqişə barədə fikirlərinə hörmətlə yanaşdığını və bu görüşün onun üçün məlumat əldə etmək baxımından çox faydalı olduğunu bildirib.

Bundan əlavə, işğaldan azad edilmiş ərazilərin reabilitasiyası və minalardan təmizlənməsi işlərində Kanadanın yardım etməsinin mümkünlüyünə baxılması nazirdən xahiş edilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO